Göygöldə təşkil olunan şənlik mərasimində pandemiya dövrünün tələbləri pozulub
13 Oktyabr 2021 11:07
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində aidiyyəti dövlət orqanları ilə birgə reydləri davam etdirir.
Agentliyin əməkdaşları tərəfindən Göygöl şəhəri, İqaf Verdiyev küçəsində fəaliyyət göstərən, Məmmədov Şaiq Tapdıq oğluna məxsus “Röyal” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu müəyyən olunub. Belə ki, pandemiya dövrünün tələblərinə əsasən, masalararası məsafənin gözlənilmədiyi, eyni masa ətrafında əyləşən qonaqların sayının müəyyən edilmiş normadan artıq olduğu aşkar olunub. Aşkar olunmuş pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.
AQTA əhalinin sağlamlığının qorunması, həmçinin pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcəkdir.
Oxşar xəbərlər
Ərzaq bazarları sağlamlaşdırılır - VİDEO
Qida Təhlükəsizliyi Agentliyinin plandankənar nəzarət tədbirləri zamanı “8 km” bazarı kimi tanınan ərazidə fəaliyyət göstərən “Nəzrin-E” MMC-yə məxsus bazarda aşkar edilən diri quşların satışı və qanunsuz kəsimi, süd və süd məhsullarının, müxtəlif növ turşuların və diri balıqların açıq şəraitdə, soyuducu avadanlıqlar olmadan və baytarlıq-sanitariya ekspertizasından keçirilmədən satışa təqdim edilməsi və digər faktlar sahibkar tərəfindən aradan qaldırılıb. Qida subyekti tərəfindən obyektdə aşkar olunan nöqsanlar əsasında tələb olunan tədbirlər icra olunaraq fəaliyyəti sağlamlaşdırılıb. Belə ki, bazarda qanunsuz quş kəsimi ləğv edilib və dezinfeksiya işləri aparılıb, süd məhsullarının soyuducu vitrinlərdə saxlanılması və markalanması təmin olunub, satış piştaxtaları gigiyenik materiallardan təşkil edilib, işçilər dövri tibbi müayinədən keçib. Bildiririk ki, ərzaq bazarlarında aparılan monitorinqlərin əsas məqsədi istehlakçı hüquqlarının qorunması, əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi, eləcə də bazarlardakı nöqsanların aradan qaldırılması və onların sağlamlaşdırılmasıdır. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz: https://www.youtube.com/watch?v=6-sm2oVOZ0w
Astarada marketdə saxta alkoqollu içkilərin satışının qarşısı alınıb
Astara rayonu, Pensər kəndində fəaliyyət göstərən Nəcəfova Şərafət Mərhəldə qızına məxsus marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib. Marketdə ümumi sayı 91 ədəd “Golf Organic”, “Vip Line”, “Orginal Natura”, “Piterskaya”, “Wheat Water” və ”Organic Brand” əmtəə nişanlı saxta alkoqollu içki aşkar edilib. Saxta içkilər satışdan kənarlaşdırılıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, normativ texniki tələblərə cavab verməyən məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib. Məhsullardan nümunələr götürülərək laboratoriyaya təqdim olunub. Araşdırmalar davam etdirilir.
Sumqayıtda "Kənd təsərrüfatı məhsullarının satışı bazarında" nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı regional bölməsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 53-cü məhəllədə fəaliyyət göstərən "Fermerlər" MMC-yə məxsus "Kənd təsərrüfatı məhsullarının satışı bazarında" monitorinq aparılıb. Monitorinq zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların bir sıra tələblərinin pozulması faktları qeydə alınıb. Belə ki, bazarda satılan süd və süd məhsullarının, ət və ət məhsullarının vitrin soyuducularda saxlanılmadığı, satışa təqdim olunan ət hissələrinin asılması üçün nəzərdə tutulmuş qarmaqların paslanmayan materialdan təşkil edilmədiyi, bəzi tərəvəzçilik məhsullarının birbaşa döşəmə üzərində saxlandığı, satışda olan müxtəlif növ turşuların üzərində etiket məlumatlarının olmadığı aşkarlanıb. Nöqsanların aradan qaldırılması məqsədilə bazar sahibinə müvafiq göstərişlər verilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş