Gübrə və pestisidlərin istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib
30 Aprel 2026 12:33
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin nümayəndələri ilə görüş keçirilib.
Görüşdə aqrokimyəvi maddələrin və pestisidlərin istehsalında şəffaflığın və effektiv nəzarətin xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Bildirilib ki, idxal olunan xammal yalnız istehsal edilən məhsulun tərkibinə uyğun şəkildə istifadə edilməli, hər bir məhsul üzrə tərkib isə açıq və dəqiq formada təqdim olunmalıdır.
Bununla yanaşı, xammalın ölkəyə daxil olmasından son məhsulun əldə edilməsinədək bütün istehsal mərhələlərinin izlənilə bilən və müvafiq qaydada sənədləşdirilməsi vacibdir. Sahibkarlara bir daha xatırladılıb ki, ölkəyə idxal edilən bu növ xammalın ayrıca satışına yol verilmir və bu qaydanın pozulması ciddi hüquqi məsuliyyət yaradır.
Eyni zamanda qeyd olunub ki, aqrokimyəvi maddələrin və pestisidlərin istehsalında istifadə olunan xammalın idxalı zamanı prosedurların sadələşdirilməsi, operativliyin artırılması və sahibkarlar üçün daha əlverişli mühitin formalaşdırılması istiqamətində əlavə tədbirlərin görülməsi nəzərdə tutulur. Görüş çərçivəsində sahibkarları maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
“Alp Delux” şadlıq evində aparılan yoxlamanın görüntüləri təqdim edilib - Video
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bildirir ki, mediada “Alp Delux” şadlıq evində yoxlama aparılmaması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
AQTA Gəncə, Daşkəsən və Samux məktəblərində qida təhlükəsizliyi ilə bağlı maarifləndirici görüşlər keçirib
Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən Gəncə şəhəri və Daşkəsən, Samux rayonlarında yerləşən ümumtəhsil müəssisələrində qida təhlükəsizliyi və sağlam qidalanmanın təşkili mövzusunda maarifləndirici görüşlər keçirilib. Məqsəd məktəb bufetlərində sanitar-gigiyenik qaydalara əməl olunmasını təmin etmək və şagirdlər arasında sağlam qidalanma vərdişlərini təşviq etməkdir.
AQTA sədri “Dövlət-özəl tərəfdaşlığı çərçivəsində Aqronomların II Beynəlxalq Forumu”nda iştirak edib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “Caspian Agro 2026” sərgisi çərçivəsində keçirilən “Dövlət-özəl tərəfdaşlığı çərçivəsində Aqronomların II Beynəlxalq Forumu”nda iştirak edib. Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən forumda dövlət qurumlarının nümayəndələri, aqrar sektor üzrə ekspertlər, sahibkarlar və fermerlər iştirak ediblər.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş