Gürcüstandan idxal olunan kartofun istehlaka yararsız olduğu aşkarlanıb
11 Noyabr 2022 14:54




Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində “Terabil AZ 22” MMC-nin Gürcüstan Respublikasından idxal etdiyi toxumluq kartof məhsulundan Agentlik əməkdaşları tərəfindən götürülən nümunələr təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Sınaq nəticələrinə əsasən, məhsulda karantin tətbiq edilən zərərvericilər - kartof yumrularında halqavarı çürümə (Clavibacter michiganensis subsp. sepedonicus) və kartof güvəsi (Phthorimaea operculella Zell.) aşkar edilib.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, istehlaka yararsız məhsul məişət tullantıları poliqonunda məhv edilib.
Oxşar xəbərlər

Mayın 31-i Ümumdünya Tütünlə Mübarizə Günüdür
Tütün istifadəsi insan sağlamlığı üçün ən ciddi risk faktorlarından biridir. Hər il milyonlarla insan tütünlə əlaqəli xəstəliklər səbəbindən həyatını itirir. Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə hər il mayın 31-i Ümumdünya Tütünlə Mübarizə Günü kimi qeyd olunur. Bu gün tütünün fəsadlarına diqqət çəkmək və insanları sağlam seçimlərə təşviq etmək üçün mühüm çağırışdır. Bu çərçivədə Agentlik yeniyetmə və gənclər arasında populyarlaşan elektron siqaretlərin (veyp) zərərləri barədə maarifləndirmə fəaliyyətlərini genişləndirib. Veyp mayelərinin tərkibində müxtəlif kimyəvi maddələr, o cümlədən tütündən əldə edilən nikotin və insan orqanizminə təsir edən bir çox zərərli komponentlər var. Nikotinin yüksək dərəcədə asılılıq yaratması ilə yanaşı, ürək-damar, tənəffüs və sinir sisteminə mənfi təsirləri elmi araşdırmalarla təsdiqlənib. Ali təhsil müəssisələrində tələbələrlə keçirilən görüşlərdə ənənəvi siqaretlərə alternativ kimi təqdim olunan veyplərin sağlamlıq üçün yaratdığı təhdidlər izah olunub. Eyni zamanda “Bakı Metropoliteni” stansiyalarında elektron siqaretlərin (veyplərin) zərərləri ilə bağlı sosial reklamlar yerləşdirilib. Həmçinin veyplərin zərərləri barədə sosial şəbəkə hesablarında mütəmadi olaraq maarifləndirici videolar paylaşılır.

Quş qripi xəstəliyi ilə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, İsrail Dövlətinin Cənub bölgəsində və Rumıniyanın Olt inzibati ərazi vahidində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

İdxal olunan bəzi qida məhsulu partiyalarında uyğunsuzluq aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində Rusiya və İrandan idxal olunan bəzi qida məhsulu partiyalarında uyğunsuzluq aşkarlanıb. Bununla bağlı müvafiq ölkələrin aidiyyəti qurumlarına bildirişlər ünvanlanıb. Həmçinin faktla bağlı AQTA tərəfindən qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Uyğunsuzluqlar əsasən parazit və bakteriya üzrə, eləcə də kükürd dioksidin kütlə payının normadan çox olması ilə bağlı olub. Nöqsanlar aşkarlanan məhsul partiyaları aşağıdakılardır:
