Heyvan bazarlarında identifikasiya tədbirləri həyata keçirilir - Video
17 Aprel 2026 18:11
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən heyvan bazarlarında epizootoloji sabitliyin qorunması və yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə baytarlıq nəzarəti tədbirləri gücləndirilir.
Bu çərçivədə qəbul edilmiş tələblərə əsasən, identifikasiya olunmamış heyvanların bazarlara daxil olmasına məhdudiyyət tətbiq ediləcək. Qərarın əsas məqsədi heyvanların sağlamlıq vəziyyətinə nəzarətin effektiv təşkili, xəstəliklərin vaxtında aşkarlanması və qarşısının alınmasıdır.
Heyvanların identifikasiyası onların mənşəyinin izlənilməsi, aparılmış baytarlıq tədbirlərinin qeydiyyatı və ümumilikdə epizootoloji nəzarətin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bildiririk ki, heyvan satışı bazarlarının iştirakçıları, o cümlədən sahibkarlar və heyvan mülkiyyətçiləri heyvanları bazara gətirməzdən əvvəl onların müvafiq qaydada identifikasiyasını təmin etməlidirlər.
AQTA heyvan bazarı sahiblərini və heyvan mülkiyyətçilərini müəyyən edilmiş baytarlıq-sanitariya qaydalarına ciddi riayət etməyə çağırır.
Ətraflı:
Oxşar xəbərlər
“Alp Delux” şadlıq evində aparılan yoxlamanın görüntüləri təqdim edilib - Video
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bildirir ki, mediada “Alp Delux” şadlıq evində yoxlama aparılmaması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
AQTA Gəncə, Daşkəsən və Samux məktəblərində qida təhlükəsizliyi ilə bağlı maarifləndirici görüşlər keçirib
Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən Gəncə şəhəri və Daşkəsən, Samux rayonlarında yerləşən ümumtəhsil müəssisələrində qida təhlükəsizliyi və sağlam qidalanmanın təşkili mövzusunda maarifləndirici görüşlər keçirilib. Məqsəd məktəb bufetlərində sanitar-gigiyenik qaydalara əməl olunmasını təmin etmək və şagirdlər arasında sağlam qidalanma vərdişlərini təşviq etməkdir.
AQTA sədri “Dövlət-özəl tərəfdaşlığı çərçivəsində Aqronomların II Beynəlxalq Forumu”nda iştirak edib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “Caspian Agro 2026” sərgisi çərçivəsində keçirilən “Dövlət-özəl tərəfdaşlığı çərçivəsində Aqronomların II Beynəlxalq Forumu”nda iştirak edib. Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən forumda dövlət qurumlarının nümayəndələri, aqrar sektor üzrə ekspertlər, sahibkarlar və fermerlər iştirak ediblər.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş