Heyvan bazarlarında intensiv yenidənqurma işləri aparılır
6 Noyabr 2025 16:28
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ölkədə epizootoloji stabilliyin qorunması məqsədilə respublikanın müxtəlif bölgələrində heyvan bazarlarında monitorinqləri davam etdirir. Növbəti nəzarət tədbirləri Beyləqan, Gədəbəy, Füzuli, Salyan, İmişli, Qəbələ, Şəki, Tovuz, Qazax və Sabirabad rayonlarında rayonlarında həyata keçirilib. İlkin nəticələrə əsasən, ölkə üzrə bir sıra bazarlarda artıq yenidənqurma işlərinə başlanılıb. Bazar sahiblərinə ərazilərin AQTA Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun olaraq işlərin aparılması üçün nümunəvi eskiz layihələri təqdim olunub, görülən tədbirlər həmin layihələr əsasında aparılır.
Bir sıra rayonlarda bazar sahiblərinin intensiv şəkildə ərazilərdə müvafiq tədbirlər gördüyü müşahidə olunur. Ərazilərə dezobaryerlər quraşdırılır, baytar həkimlərin fəaliyyəti üçün şərait yaradılır.
Bazar sahibləri işləri yekunlaşdırdıqdan sonra Agentliyə ediləcək müraciət əsasında fəaliyyətləri bərpa olunacaq.
Oxşar xəbərlər
“Kadrların seçilməsi” mövzusunda təlim keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarına Dövlət İmtahan Mərkəzi tərəfindən “Kadrların seçilməsi” mövzusunda təlim keçirilib. Təlimdə iştirakçılara müasir insan resurslarının idarə olunması standartları, vakansiyalara uyğun namizədlərin düzgün qiymətləndirilməsi, kadr seçimi ilə işə qəbul (cəlbetmə) arasındakı fərqlər barədə geniş məlumat verilib. İnteraktiv formatda keçən təlimdə, müasir insan resurslarının idarə olunması standartları, vakansiyalara uyğun namizədlərin düzgün qiymətləndirilməsi, kadr seçimi ilə işə qəbul (cəlbetmə) arasındakı fərqlər, seçim prosesinin 12 mərhələsi və hər mərhələdəki risklər, vəzifə təhlilində düzgün meyar müəyyənləşdirməyin əhəmiyyəti, müsahibə zamanı STAR və probing metodlarının tətbiqi, AI-nin kadr seçimində imkan və riskləri və obyektiv seçim kriteriyalarının tətbiqi barədə ətraflı məlumat verilib. Sonda təlim iştirakçılarının sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Heyvan bazarlarında yeni mərhələ: müasir infrastruktur və gücləndirilmiş baytarlıq nəzarəti
Ölkə üzrə heyvan bazarlarında ötən ildən başlanan yenidənqurma işlərinin əsas hissəsi artıq yekunlaşıb. Yenilənmiş bazarlarda müasir baytarlıq-sanitariya tələblərinin tətbiqi, heyvanların identifikasiyası və hərəkətinin izlənilməsi üçün zəruri infrastruktur yaradılıb. 1 il ərzində ümumilikdə ölkə üzrə 22 heyvan bazarı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Yenidənqurma işləri zamanı əvvəlki bazarlarda mövcud olan baytarlıq-sanitariya və sanitar-gigiyenik tələblərə əməl olunması ilə bağlı çatışmazlıqların aradan qaldırılmasına xüsusi diqqət yetirilib. Bu istiqamətdə sahibkarlıq subyektləri ilə AQTA-nın birgə fəaliyyəti nəticəsində böyük bir layihə qısa zaman kəsiyində icra edilib. Müasir heyvan bazarlarında heyvanların baytar nəzarətində qəbulu, identifikasiyası və hərəkətinin izlənilməsi həyata keçirilir. Bu tədbirlər heyvan xəstəliklərinin vaxtında aşkarlanmasına, onların yayılma riskinin azaldılmasına və ümumi epizootoloji təhlükəsizliyin təmin edilməsinə imkan yaradır. Beləliklə, yenilənmiş və yeni inşa edilən heyvan bazarları yalnız alqı-satqı məkanı deyil, həmçinin heyvan sağlamlığının qorunması, baytarlıq nəzarətinin və sanitariya tələblərinin təmin edildiyi müasir infrastruktur kimi fəaliyyət göstərir. Daha ətraflı:
AQTA nümayəndəsi EPPO-nun 76-cı sessiyasında iştirak edib
Fransanın Paris şəhərində Avropa və Aralıq dənizi Bitki Mühafizəsi Təşkilatının (EPPO) Şurasının 76-cı sessiyası keçirilib. İclas çərçivəsində EPPO-nun 2026–2030-cu illər üzrə Strateji Planının icrası, növbəti dövr üçün prioritetlərin müəyyənləşdirilməsi, eləcə də təşkilatın əsas vəzifələri və fəaliyyət istiqamətləri müzakirə olunub. EPPO-ya üzv ölkələrin nümayəndələrinin iştirak etdiyi sessiyada bitki sağlamlığı sahəsində regional standartların hazırlanması və yenilənməsi, təşkilatın növbəti dövr üzrə fəaliyyət istiqamətləri və iş proqramı, büdcə və digər təşkilati məsələlər nəzərdən keçirilib, müvafiq qərarlar qəbul edilib. Sessiyanın yekununda təşkilatın 75 illik yubileyinə həsr olunmuş rəsmi tədbir keçirilib. Tədbirdə EPPO-nun regional bitki mühafizəsi və bitki sağlamlığı sahəsində üzv ölkələr arasında əməkdaşlığın inkişafına, elmi və texniki məlumat mübadiləsinə, fitosanitar tədbirlərin uyğunlaşdırılmasına və bitki sağlamlığının qorunmasına verdiyi töhfələr vurğulanıb. Şuranın iclasında Azərbaycanı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Azərbaycan Respublikasının baş dövlət fitosanitar müfəttişi Elmar Allahverdiyev təmsil edib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş