Heyvan kəsimi məntəqələrində tullantıların idarə edilməsi mövzusunda görüş keçirilib
6 İyul 2021 15:25
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) SOVQAT layihəsi çərçivəsində budəfəki “Peşəkarlarla görüş” saatında “Kəsim məntəqələrində tullantıların idarə edilməsi” mövzusu müzakirə olunub.
Videobağlantı formatında keçirilən görüşdə iştirakçılara tullantıların idarə olunması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi, tullantıların təsnifatı, kəsim məntəqələrində tullantı növləri, təhlükəli tullantılar, tullantıların yığılması və rasional idarə edilməsi haqqında geniş məlumatlar verilib. İclasda o cümlədən, tullantıların düzgün şəkildə dəyərləndirilərsə və idarə olunarsa , həm xammal kimi qiymətləndirilib iqtisadi inkişafa səbəb olacağı , həm də ətraf təbii mühiti tullantının yaratdığı ekoloji qəzalardan qismən də olsa qoruyacağı iştirakçıların diqqətinə çatdırılıb, eləcə də təhlükəli tullantıların zərərsizləşdirilmə üsulları, onların üstünlükləri və çatışmamazlıqları haqqında müzakirələr aparılıb.
Qeyd edilib ki, SOVQAT - Sahibkarlıq Obyektlərinə Vahid Qida Anlayışının Tətbiqi layihəsinin məqsədi qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları) daxil olmaqla qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarların yeni qida təhlükəsizliyi sisteminə inteqrasiyasını təmin etməkdən ibarətdir.
Sonda kəsim məntəqələrinin sahibkarlarını maraqlandıran suallar AQTİ-nin mütəxəssisləri tərəfindən cavablandırılıb.
Oxşar xəbərlər
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
Beyləqanda məktəblilərin zəhərlənməsi faktı AQTA-nın nəzarətindədir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.
AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb. Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş