Heyvanların identifikasiyası heyvan sağlamlığının əsasını təşkil edir - VİDEOÇARX
9 İyul 2026 12:45
Ölkəmizdə heyvanların identifikasiyası prosesi qanunvericiliyin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir. İndiyədək 1 milyon 48 min baş heyvan identikləşdirilib.
İdentifikasiya heyvanların mənşəyinin və hərəkətinin izlənilməsinə, peyvəndləmə, müalicə və digər baytarlıq tədbirlərinin dəqiq uçotunun aparılmasına xidmət edir. Həmçinin xəstəliklərin erkən aşkarlanmasına və yayılmasının qarşısının alınmasına, “Fermadan süfrəyə” prinsipi əsasında qida təhlükəsizliyinin təmin edilməsinə, heyvandarlıq təsərrüfatlarında idarəetmənin təkmilləşdirilməsinə və məhsuldarlığın artırılmasına, eləcə də itmiş və ya oğurlanmış heyvanların yerinin asan müəyyən edilməsinə imkan yaradır.
Heyvanların identifikasiyası sağlam heyvandarlığın inkişafı, təhlükəsiz qida zəncirinin və dayanıqlı kənd təsərrüfatının təmin olunmasının vacib elementlərindən biridir.
İdentikləşmiş heyvan – sağlam sürü, təhlükəsiz qida deməkdir!
Videoçarxın linki:
Oxşar xəbərlər
AQTA sədri Qoşqar Təhməzli Qəbələ Konserv Zavodunun fəaliyyəti ilə tanış olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Qəbələ rayonunda fəaliyyət göstərən Qəbələ Konserv Zavodunda olub. Agentlik sədri istehsal sahələrinə baxış keçirib, xammalın qəbulu, emalı, istehsalat laboratoriyası, qablaşdırılması və saxlanılması mərhələləri ilə yaxından tanış olub, xammalın və hazır məhsulların keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılması prosesini izləyib. AQTA sədri ölkədə qida sənayesinin inkişafı, yerli istehsalın təşviqi və istehlakçıların təhlükəsiz qida məhsulları ilə təmin olunması baxımından emal müəssisələrinin fəaliyyətinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
İşğaldan azad edilmiş ərazilərdə epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı heyvanlarının sağlamlığının qorunması, epizootoloji vəziyyətin qiymətləndirilməsi və bioloji təhlükəsizliyin təmin olunması məqsədilə kompleks tədbirlər davam etdirilir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) tələblərinə uyğun olaraq, ölkənin xüsusi təhlükəli heyvan xəstəliklərindən azad statusunun qorunması, dabaq və quduzluq kimi transsərhəd heyvan xəstəlikləri üzrə epizootoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə, “Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı”na və 2026-cı il üzrə epizootiya əleyhinə Tədbirlər Planına əsasən, 2026-cı ilin 13-17 və 20-24 iyul tarixlərində işğaldan azad edilmiş ərazilərdə monitorinqlər keçiriləcək. Monitorinqlər çərçivəsində fermer təsərrüfatlarında saxlanılan iri və xırdabuynuzlu heyvanlara klinik baxış keçiriləcək, laborator müayinələrin aparılması məqsədilə hər növ üzrə 6-12 və 12-24 ay yaş qruplarına aid (son 4 ay ərzində brusellyoz xəstəliyinə qarşı peyvənd olunmamış) heyvanlardan diaqnostik nümunələr götürüləcək. Bununla yanaşı, arı ailələri və atlardan da müvafiq nümunələrin götürülməsi həyata keçiriləcək. Tədbirlər zamanı təsərrüfatlarda baytarlıq norma və qaydalarına əməl olunması ilə bağlı maarifləndirmə tədbirləri keçiriləcək, epizootoloji vəziyyətə dair məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin, həmçinin işğaldan azad edilmiş rayonların Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin mütəxəssisləri iştirak edəcəklər. Götürülən diaqnostik nümunələr İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinələrə cəlb olunacaq. Monitorinqlər çərçivəsində əldə olunan epizootoloji vəziyyət və nümunələr barədə məlumatlar "Epicollect 5" proqramına daxil ediləcək. Həyata keçirilən tədbirlər işğaldan azad edilmiş ərazilərdə müasir baytarlıq xidmətlərinin təşkili, heyvanların identikləşdirilməsi, xəstəliklərdən azad zonaların yaradılması və heyvandarlığın inkişafının təmin edilməsinə mühüm töhfə verəcək.
Masallıda topdansatış anbarında mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı şəhəri, M.C.Talışxanov küçəsində fəaliyyət göstərən, Quliyeva Şəfa Nəcəfqulu qızına məxsus topdansatış anbarında plandankənar yoxlama keçirib. Baxış zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, anbarda “Stoliçnaya”, “Sevryuga” və “Organic Vodka” əmtəə nişanlı mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb, məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati protokol tərtib edilib və nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırma davam etdirilir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib
Sosial şəbəkələrdə satılan “arıqlama” məhsullarında təhlükəli maddə aşkarlanıb –Video / Foto
Giriş