Heyvanların identifikasiyası nə üçün vacibdir?
20 Avqust 2026 12:38
Heyvanların identifikasiyası kənd təsərrüfatında heyvanların fərdi şəkildə tanınması, qeydiyyata alınması və onların hərəkətinin izlənilməsi prosesidir. Bu sistem heyvanların sağlamlığının qorunmasına, xəstəliklərin vaxtında aşkarlanmasına və baytarlıq nəzarətinin gücləndirilməsinə mühüm töhfə verir.
Heyvanların identifikasiya nəticəsində:
• Yoluxucu xəstəliklərin yayılmasına nəzarət gücləndirilir və riskli heyvanların müəyyənləşdirilməsi asanlaşır.
• Ət və süd kimi heyvan mənşəli məhsulların qida təhlükəsizliyinin təmin olunmasına şərait yaranır.
• Baytarlıq nəzarəti təkmilləşir, heyvanların sağlamlığı ilə bağlı məlumatların daha düzgün və operativ idarə olunması mümkün olur.
İdentifikasiya — sağlam heyvan, təhlükəsiz qida və güclü baytarlıq nəzarəti deməkdir.
Oxşar xəbərlər
Qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) antisanitar şəraitdə, küçə və yol kənarlarında, eləcə də kəsim üçün nəzərdə tutulmayan yerlərdə qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.
Heyvan kəsimində baytarlıq nəzarəti niyə vacibdir? - Video
Qida zəncirində təhlükəsizliyin təmin olunması və əhalinin sağlamlığının qorunması üçün heyvan kəsimi mütləq baytarlıq nəzarəti altında aparılmalıdır. Kəsimə yalnız sağlamlığı əvvəlcədən təsdiq edilmiş heyvanlar cəlb oluna bilər.
Heyvan kəsimi məntəqələrində hansı tələblərə əməl olunmalıdır?
Heyvan mənşəli qida məhsullarının təhlükəsizliyinin təmin edilməsi üçün heyvan kəsimi yalnız baytarlıq-sanitariya və qida təhlükəsizliyi tələblərinə cavab verən kəsim məntəqələrində həyata keçirilməlidir. Kəsim məntəqələrində istehsal prosesinin təhlükəsiz və gigiyenik şəkildə təşkili üçün “çirkli” və “təmiz” zonalar ayrılmalı, heyvanların kəsimdən əvvəl saxlanılması, kəsim, ətin emalı, qablaşdırılması və soyudulması üçün zəruri sahələrin olması vacibdir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş