İçdiyimiz sular necə analiz olunur? – Qida Gözətçisi
9 Dekabr 2024 14:41
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “Qida Gözətçisi” layihəsinin ilk buraxılışı yayımlanıb. Video formatda olan layihədə istehlak üçün nəzərdə tutulan qablaşdırılmış suların analizlərindən bəhs olunub.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarında içməli suyun təhlükəsizlik və minimum keyfiyyət göstəricilərinin yoxlanılması məqsədilə müasir standartlara uyğun analizlər həyata keçirilir. Videoda içməli suyun mikrobioloji, radioloji, habelə tərkibindəki ağır metalların təyini, toksikoloji müayinələri haqqında ətraflı məlumat verilib. Habelə, içməli suyun etiket məlumatlarının doğruluğu məsələsinə də toxunulub. Laboratoriyada suyun tərkibi və keyfiyyətinin etiketdə göstərilən məlumatlarla müqayisə edilərək uyğunluğunun yoxlanılması prosesi barədə danışılıb. Analizlər AQTİ-nin Bakı Regional Sınaq Laboratoriyasında aparılıb.
Qeyd edək ki, “Qida Gözətçisi” layihəsi qida məhsullarının analizinin qeyri-peşəkar və absurd yollarla deyil, yalnız laboratoriya şəraitində müasir standartlara uyğun elmi əsaslarla aparılmasının vacibliyinə diqqəti çəkmək məqsədi daşıyır. Belə ki, hansısa məhsulun xarici görünüşünə baxmaqla, yaxud primitiv üsullarla analiz etməklə onun təhlükəsizliyi və keyfiyyəti barədə fikir söyləmək olduqca yanlışdır. Qida məhsullarının təhlükəsizliyi və keyfiyyəti barədə yekun rəy bildirmək onun laborator şəraitdə müayinəsindən sonra mümkündür. Layihədə sudan əlavə, yağ, kolbasa, pendir, bal və s. bu kimi gündəlik istifadə olunan qida məhsullarının laboratoriya şəraitində müasir standartlara uyğun analizi istehlakçılara təqdim olunacaq.
İçdiyimiz suların analizinə dair video ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:
Oxşar xəbərlər
Oğuzda qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri keçirilib
Qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması, kənd təsərrüfatı bitkilərinə vura biləcəyi zərərin minimuma endirilməsi və əhalinin məlumatlılığının artırılması məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki–Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Oğuz rayonunda maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər çərçivəsində rayonun Kərimli, Bayan, Bucaq və Qumlaq kəndlərində sakinlərlə görüşlər təşkil olunub. Görüşlərdə zərərvericinin biologiyası, yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə vurduğu zərər və ona qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Havaların soyuması ilə əlaqədar bağacığın qışlamaq üçün yaşayış evlərinə və yardımçı tikililərə sığındığı diqqətə çatdırılıb. Bildirilib ki, evlərdə və digər tikililərdə aşkar edilən zərərvericilərin toplanaraq mexaniki üsulla məhv edilməsi onların sayının azaldılmasına kömək edir. Qışlama dövründə bu istiqamətdə görülən tədbirlər növbəti vegetasiya mövsümündə zərərvericinin yayılma riskinin minimuma endirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Maarifləndirmə tədbirləri zamanı sakinlərə bukletlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb və zərərvericiyə qarşı mübarizə ilə bağlı müvafiq tövsiyələr verilib.
AQTA əməkdaşı badminton yarışında yer tutub
Gənclər və İdman Nazirliyi və Badminton Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında badminton yarışı keçirilib. Qida Təhlükəsizliyi Agentliyinin İdxal və ixraca nəzarət şöbəsinin əməkdaşı Cavid Əlizadə kişilər arasında 2-ci yeri qazanıb. Yarışda ümumilikdə 10 dövlət qurumunu təmsil edən 12 kişi və 6 qadın iştirak edib.
AQTA-da tələbələr istehsalat təcrübəsi keçib
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində istehsalat təcrübəsi keçiblər. Təcrübə proqramı çərçivəsində tələbələr ilkin istehsal müəssisələrində, o cümlədən istixanalarda aparılan monitorinqlərdə iştirak ediblər. Monitorinqlər zamanı onlar bitkiçilik məhsullarının ilkin istehsalı prosesi, istehsal sahələrində sanitar-gigiyenik vəziyyətin qiymətləndirilməsi və qida təhlükəsizliyi tələblərinə əməl olunması istiqamətində həyata keçirilən tədbirlərlə yerində tanış olublar. Tələbələr ilkin istehsal mərhələsində qida təhlükəsizliyinin təmin edilməsi, eləcə də mümkün risklərin müəyyənləşdirilməsi və qarşısının alınması istiqamətində praktiki biliklər əldə ediblər. Eyni zamanda, nəzəri biliklərinin praktikada tətbiqi, monitorinq prosesinin təşkili və müvafiq tələblərin icrası ilə bağlı təcrübə əldə ediblər. Bu cür təcrübə proqramları gələcək aqrar sahədə mütəxəssislərin peşə hazırlığının gücləndirilməsi, praktiki bilik və bacarıqlarının inkişaf etdirilməsi, həmçinin qida təhlükəsizliyi ilə bağlı ixtisaslı kadr potensialının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş