İctimai iaşə obyektlərində sanitar-gigiyenik qaydalara ciddi şəkildə əməl olunmalıdır!
2 Sentyabr 2024 09:36
İstehlakçılara sağlam və təhlükəsiz ictimai iaşə xidmətlərini göstərmək üçün həmin müəssisələrdə bir sıra qaydalara ciddi şəkildə əməl olunmalıdır. İlk növbədə ictimai iaşə obyektində sanitar-gigiyenik normalar gözlənilməli, iş prosesini əhatə edən bloklar təmiz və texniki işlək vəziyyətdə saxlanılmalıdır. Döşəmə, tavan və divar səthləri hamar, təmirli, asan təmizlənə bilən olmalı və müntəzəm dezinfeksiya işlərinin aparılması təmin edilməlidir. Həmçinin döşəmə, tavan və divar səthlərində su keçirməyən, su hopdurmayan, yuyula bilən, yuyucu maddələrin və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı olan, qeyri-toksik materiallardan istifadə edilməlidir.
İctimai iaşə obyektləri müvafiq qaydada yerləşdirilmiş havalandırma sistemlərinə malik olmalıdır. Çirkli zonadan təmiz zonaya hava axınına yol verilməməlidir. Vaxtında havalandırma sistemlərinə texniki baxış keçirilməlidir. Qida məhsullarının saxlandığı, istehsal və emal olunduğu yerlərdə süni işıqlandırma lampaları qoruyucu örtüklə təchiz edilməlidir. Xaricə açılan pəncərələr həşəratların daxilə keçməsinin qarşısını alan və təmizləmə zamanı asanlıqla çıxarılan qoruyucu tor örtüklə təmin olunmalıdır. Qida məhsullarının saxlandığı, istehsal və emal olunduğu yerlərə ev heyvanları və zərərvericilərin girişinin qarşısını almaq üçün nəzarət tədbirləri (o cümlədən qanunvericiliyə uyğun dezinseksiya və deratizasiya tədbirləri) həyata keçirilməlidir. Qida məhsullarının çirklənməsinin qarşısının alınması məqsədilə ictimai iaşə obyektləri hər zaman istifadəyə hazır yetərli miqdarda axar məişət (təsərrüfat)-içməli su təminatı və tullantı suların kənarlaşdırılması (kanalizasiya-drenaj) sistemləri ilə təchiz olunmalıdır.
Sanitar məişət otaqları (sanitar qovşaq, soyunub-geyinmə otağı və s.) gigiyenik qaydalara uyğun, işlək və təmiz vəziyyətdə saxlanmalıdır. Əllərin yuyulması üçün sahələr əlyuma çanaqları ilə təchiz olunmalı, həmçinin yuyucu maddələr, dezinfeksiyaedici və gigiyena tələblərinə cavab verən qurutma vasitələri ilə təmin edilməlidir. Qida məhsullarının yuyulduğu çanaqlar əl yuyulan yerlərdən kənarda olmalıdır. Qida məhsulu ilə təmasda olan bütün alətlər, avadanlıqlar və ləvazimatlar təmiz saxlanılmalı, dezinfeksiya edilməli, çirklənmə hallarının baş verməsinin qarşısını alan materiallardan hazırlanaraq yararlı vəziyyətdə olmalı, təmizlik və dezinfeksiyaya davamlı materiallardan hazırlanmalıdır.
Bu qaydalara əməl olunmadıqda bir sıra təhlükəli hallar meydana çıxır ki, bu da kütləvi zəhərlənmələrə və insanın həyat və sağlamlığı üçün xoşagəlməz hadisələrə səbəb ola bilər.
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş