İctimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin rəhbərləri ilə videokonfrans formatında görüş keçirilib
18 Sentyabr 2021 12:54
2021-ci il 17 sentyabr tarixində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məsul şəxsləri ilə Bakı şəhərində ictimai iaşə sahəsi üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin rəhbərlərinin videokonfrans formatında növbəti görüşü keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına edilmiş dəyişikliklər, monitorinqlər zamanı aşkar olunmuş pozuntular və onların qarşısının alınması istiqamətində görülməli tədbirlər barədə ictimai iaşə sahəsi üzrə fəaliyyət göstərən sahibkarlara ətraflı məlumat verilib. Eyni zamanda qəbul olunmuş qərarlara əsasən, COVID-19-a qarşı vaksinasiya işlərinin aparılması yoluxmanın və baş verə biləcək fəsadların minimuma endirilməsi ilə nəticələnəcəyi qeyd edilib.
Sonda ictimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlərdə qeyd olunan məsələlər bir daha diqqətə çatdırılıb. Sahibkarlıq subyektlərinin rəhbərləri tərəfindən ünvanlanan suallar cavablandırılıb.
Oxşar xəbərlər
AQTA, Səhiyyə Nazirliyi və TƏBİB-in birgə məlumatı
Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi ilə bağlı ilkin epidemioloji araşdırmalara əsasən xəstəliyə şübhəli bilinən şəxslərin iribuynuzlu heyvanlarla təması müəyyən edilib. Xəstəliyə şübhəli olan ilk şəxsdən götürülmüş müayinə materialının laborator müayinəsi nəticəsində “qarayara xəstəliyi” diaqnozu təsdiq edilmişdir. Hazırda təmasda olan şəxslər müəyyənləşdirilmış, tibbi müşahidəyə cəlb edilmiş və hər hansı dəri yarası olan şəxslərdən laborator müayinələrin aparılması üçün nümunələr toplanılmışdır. Xəstə heyvanla təmasda olan 9 nəfər şəxs aşkarlanaraq Abbas Səhhət adına Gəncə Şəhər Birləşmiş Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilmişdir. Xəstəliklə təmasda olan şəxslər əsasən Samux rayon sakinləridir. Sözügedən şəxslərdən laborator müayinə üçün nümunələr toplanmış və Şəmkir Regional Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilmişdir.
Ağdaş heyvan satışı bazarı fəaliyyətə başlayıb
Ağdaş rayonunda yerləşən iri və xırdabuynuzlu heyvan satışı bazarı fəaliyyətini bərpa edib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qiymətləndirilməsindən sonra müasir baytarlıq-sanitariya və biotəhlükəsizlik tələblərinə uyğun yenidən təşkil olunub. Bazarda baytarlıq nəzarətinin həyata keçirilməsi üçün müvafiq şərait yaradılıb, kliniki baxış platforması, dezbaryerlər, izolyatorlar, heyvanların çəkisinin və bədən temperaturunun ölçülməsi üçün müvafiq avadanlıqlar quraşdırılıb.
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyinin təmin olunması, baytarlıq-sanitariya və sanitariya-gigiyena qaydalarına əməl olunmasına nəzarət məqsədilə respublika üzrə fəaliyyət göstərən kəsim məntəqələrində növbəti monitorinqlər həyata keçirilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş