İdman qidalarının satışı həyata keçirilən 127 müəssisədə monitorinq aparılıb
23 Aprel 2026 18:04
Ölkə üzrə idman qidalarının satışı həyata keçirilən 127 müəssisədə (idman zalları, idman məhsulları mağazaları, apteklər və s.) Qida Təhlükəsizliyi Agentliyi tərəfindən monitorinqlər keçirilib.
Monitorinq zamanı 24 müəssisədə uyğunsuzluq müəyyən edilib. 150 adda 1004 ədəd məhsulun etiket məlumatlarının qanunvericiliyə uyğunlaşdırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. 46 obyektin isə qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Monitorinq zamanı idxal sağlamlıq aktı olmayan 70 adda 129 ədəd idman qida məhsulu (Türkiyə, ABŞ, Almaniya, Polşa, Rusiya, Macarıstan, Finlandiya, Belçika və Çexiya mənşəli) aşkarlanıb.
İnsan həyat və sağlamlığı üçün risk daşıyan həmin məhsullar ölkəyə qanunsuz olaraq gətirilib və qida təhlükəsizliyi nəzarətindən keçirilməyib. Araşdırmalar göstərir ki, bəzi işbazlar şəxsi istehlak adı ilə idman qidalarını və bioloji aktiv qida məhsullarını ölkəyə gətirərək onların qeyri-qanuni olaraq satışını həyata keçirir. Bildiririk ki, satış məqsədilə gətirilən məhsullar təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə laborator analizlərə cəlb edilərək mütləq dövlət qeydiyyatına alınmalıdır.
Uyğunsuzluqlarla əlaqədar inzibati tənbeh tədbiri görülüb. Nöqsan aşkarlanan məhsulların satışı dayandırılıb. Nümunələr götürülərək müayinələrə cəlb edilib. Monitorinqlər davam etdirilir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib
Sosial şəbəkələrdə satılan “arıqlama” məhsullarında təhlükəli maddə aşkarlanıb –Video / Foto
Giriş