İdxal olunan alkoqolsuz içki məhsullarında uyğunsuzluq aşkarlanıb
13 Avqust 2025 14:32
Nəzarət tədbirləri çərçivəsində "PTP AZEL" MMC-nin Yaponiyadan idxal etdiyi 126 kq 360 ədəd “DR. PEPPER CAN 350G” əmtəə nişanlı və 120 kq, 240 ədəd“GRAPE 500ML” əmtəə nişanlı meyvə aromalı qazlı su məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna təqdim edilib. Laborator müayinələr nəticəsində nümunələrdə benzoy turşusunun kütlə qatılıq miqdarının normadan artıq olduğu aşkarlanıb.
Həmçinin, nəzarət tədbirləri çərçivəsində 52,8 kq, 120 ədəd “KOCHAKADEN ROYAL MILK TEA 440ML” əmtəə nişanlı südlü içki, 36 kq, 72 ədəd “POCARI SWEAT 500ML” əmtəə nişanlı qazsız təbii su, 22,56 kq, 48 ədəd“HONEY LEMON 470ML” əmtəə nişanlı alkoqolsuz içki, 14.4 kq, 18 ədəd “POM PON JUICE 800ML” əmtəə nişanlı meyvə şirəsi, 24 kq, 48 ədəd“CALPIS THE RICH 490ML” əmtəə nişanlı, 20,64kq, 48 ədəd“CALPIS BODY CALPIS BIO P430ML” əmtəə nişanlı, 24 kq, 48 ədəd “MITSUYA EXTRA RICH ORANGE SQUASH P500ML” əmtəə nişanlı, 72 kq, 144 ədəd “MITSUYA TOKUNO GRAPE SQUASH 500ML” əmtəə nişanlı, 72 kq, 144 ədəd “MITSUYA TOKUNO PEACH SQUASH P500ML” əmtəə nişanlı alkoqolsuz içki məhsullarının istifadə müddətinin bitdiyi müəyyən olunub.
Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb, istehlaka yararsız məhsullar məhv edilib.
Oxşar xəbərlər
İctimai iaşə müəssisələrində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Bakı şəhərində fəaliyyət göstərən bir sıra ictimai iaşə və qida məhsullarının satışı ilə məşğul olan müəssisələrdə aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib. Belə ki, Xətai, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən 3 müəssisədə keçirilmiş yoxlamalar zamanı müəyyən edilmiş nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb. Görülmüş tədbirlər nəticəsində ictimai iaşə müəssisələrində aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb və fəaliyyətin davam etdirilməsinə şərait yaradılıb. Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır: 1. Fiziki şəxs Rəhimov Fərid Mübariz oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal 4 mkr, ev 18A ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 2. Fiziki şəxs Zamanov Nəsimi Səməd oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 18/3 (93 saylı mağaza) ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 3.Fiziki şəxs Bayramov Emin Varımcan oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 37C ünvanında yerləşən “Halva” kafesi;
Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – Fəaliyyətləri məhdudlaşdırıldı
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonu, İsgəndərli qəsəbəsində Rəsulov Taleh Seyran oğluna məxsus toyuq kəsimi sexində, Digah kəndində isə Paşayev Füzuli İbrahim oğluna məxsus toyuq kəsimi sahəsində yoxlama keçirib. Yoxlama zamanı hər iki qida obyektində quşların müvafiq müşayiətedici sənədlərinin olmaması, sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulması və digər nöqsanlar aşkarlanıb. Hər iki sahibkar barəsində inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub, toyuq məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş