İdxal olunan baytarlıq preparatının normativ tələblərə cavab vermədiyi aşkarlandı
10 Fevral 2025 15:49
Nəzarət tədbirləri çərçivəsində "Farmvet" MMC-nin Niderlanddan idxal etdiyi 189 ədəd 1 litrlik "Trim/Sul 80/400 Oral Suspenziya" baytarlıq preparatından Agentliyin müfəttişləri tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyasının normativ tələblərə cavab vermədiyi müəyyən olunub.
Faktla bağlı müvafiq qərar qəbul edilərək uyğunsuzluq aşkarlanan məhsullar məhv edilib.
Oxşar xəbərlər
Yasamalda ət satışı mağazasının fəaliyyəti dayandırıldı
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 125 ünvanında yerləşən ət satışı mağazasında həyata keçirilən nəzarət tədbiri zamanı satışa çıxarılan iribuynuzlu heyvan ətlərindən nümunələr götürülərək müayinələrin aparılması üçün müvafiq laboratoriyaya təqdim edilib. Sınaq nəticələrinə əsasən, götürülən həmin nümunələrdə camış və at DNT-ləri aşkarlanıb. Faktla bağlı fiziki şəxs Bayramov Vüqar Vəliqulu oğlu barəsində inzibati protokol tərtib edilib. Sözügedən mağazanın fəaliyyəti dayandırılıb.
Qoşqar Təhməzli qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli hər həftə Agentliyin inzibati binasında vətəndaşları qəbul edir. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər fevralın 13-ü saat 14:00-da onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.
Quşçuluq təsərrüfatlarının nümayəndələri ilə görüş keçirilib
Qida Təhlükəsizliyi Agentliyində respublikada fəaliyyət göstən quşçuluq təsərrüfatlarının nümayəndələri ilə görüş keçirilib. Görüşdə son illər dünyada yüksək patogen quş qripi xəstəliyi üzrə epizootoloji vəziyyətin gərgin olması barədə məlumat verilib. Quş qripinin qeydə alındığı bölgələr tədbir iştirakçılarının bir daha diqqətinə çatdırılıb. Qeyd olunan xəstəliyə qarşı mübarizə tədbirləri, həmçinin idxala dair nəzarət və tənzimləmə məsələləri müzakirə olunub. Sonda xəstəliyə şübhə hal olduğu təqdirdə Agentliyə və ya yerli baytarlıq idarələrinə məlumat verilməsi nəzərə çatdırılıb. Daha sonra görüş iştirakçılarının sualları cavablandırılıb.