İdxal olunan toyuq əti məhsulunda uyğunsuzluq aşkarlanıb
28 Fevral 2025 17:42




"Qurman Plyus" MMC-nin Rusiyadan idxal etdiyi “Okoroçok Klassiçeskiy” və “Bud Dibi Halal” əmtəə nişanlı dondurulmuş toyuq məhsulu partiyalarından Agentliyin əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində salmonella aşkarlanıb.
Faktla bağlı ümumi çəkisi 2035.99 kq olan 155 ədəd qablaşdırmada toyuq budu və ümumi çəkisi 2882 kq olan 262 ədəd qablaşdırmada toyuğun bud dibi məhv edilib.
Oxşar xəbərlər

"Möcüzə Qida – Ana Südü" mövzusunda konfrans keçiriləcək
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Nutrisiologiya və Diyetologiya Assosiasiyası (NUDİA) birgə həyata keçirdiyi "Sözdən əmələ keç, sağlam qidalanmanı seç" layihəsi davam edir. Bu layihə çərçivəsində növbəti tədbir Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tərəfdaşlığı ilə mayın 6-da Yeni Klinikada keçiriləcək. "Möcüzə Qida – Ana Südü" konfransında ana südünün insan sağlamlığında rolu, bu sahədəki elmi yanaşmalar və real həyat təcrübələri peşəkar mütəxəssislərin iştirakı ilə müzakirə olunacaq. “Ana südünün əhəmiyyəti” və “Ana südü və anaların təcrübəsi: Reallıq və Çağırışlar” adlı panellər AQTA-nın Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxovanın moderatorluğu ilə reallaşacaq. Qidalanma üzrə mütəxəssis Lalə Yaqubova, uzman pediatr Əkbər Quliyev, uzman ginekoloq Emin Haqverdiyev, psixoloq İradə İmanova "Ana südünün əhəmiyyəti", tibb elmləri doktoru Nurəngiz Hacıyeva, uzman cərrah-ginekoloq Şəlalə Məmmədova, həkim-diyetoloq Tutu Zeynalova, mütəxəssis-mama Turanə Türkoğlu isə “Ana südü və anaların təcrübəsi: Reallıq və Çağırışlar” panellərində çıxış edəcəklər. Konfransda iştirak etmək istəyən dinləyicilərin iştirakına şərait yaradılacaq. Panel müzakirələrdə iştirak etmək istəyən hamilə qadınlar 4 may saat 17:00-dək https://forms.gle/yQJ3w4rssk85Zch7A linkdən qeydiyyatdan keçə bilərlər. İştirakı təsdiqlənən şəxslərlə əlaqə saxlanılacaq. Bu tədbirə qatılan hamilə qadınlar və gələcək analar dünyaya gətirəcəkləri körpənin sağlam böyüməsi üçün çox faydalı məlumatlar əldə edəcək. Ana südü – yalnız körpə üçün deyil, həm də cəmiyyət üçün sağlam gələcəyin başlanğıcıdır. Gəlin bu mövzuda maarifləndirməyə bir addım da biz ataq!

Təsərrüfatların qeydiyyatı sağlam və təhlükəsiz qida istehsalı üçün olduqca vacibdir
Bitkiçilik sahələrinin inkişafı üçün ən vacib addımlardan biri bitki mənşəli məhsul istehsalı sahələrinin, o cümlədən ailə təsərrüfatlarının qida təhlükəsizliyi qeydiyyatına alınmasıdır. Qeydiyyata alınmış təsərrüfatlarda bitki xəstəlikləri və zərərvericilərin yayılmasının qarşısını alınmasına nəzarət daha asan vəçevik formada həyata keçirilir. Belə ki, həmin təsərrüfatlarda aidiyyəti qurumlar tərəfindən mütəmadi olaraq profilaktik tədbirlər görülməsi üçün monitorinq və müşahidələr aparılır. Təsərrüfatlarda bitki xəstəlik və zərərvericilərindən azad toxum və tinglərdən istifadə təşviq edilir. Eləcə də torpaq resurslarından əhalinin tələbatına uyğun istifadə edilməsi məqsədilə dəqiq uçot aparılır. Həmçinin təsərrüfat sahiblərinə zərərvericilərlə mübarizə üsulları, torpağın münbitliyinin artırılması, düzgün pestisid və gübrələmə üsullarından istifadə barədə təlimlər keçirilir. Görülən işlərin nəticəsində isə təsərrüfat sahibləri bitki və bitkiçilik məhsulları üçün dövlətdən fitosanitar sertifikatlar əldə edirlər. Bu da daxili bazarda məhsul satışını artırır, eləcə də xarici bazara daha asan çıxışı təmin edir. Eyni zamanda, beynəlxalq ticarətdə rəqabət qabiliyyətini gücləndirir. Qeyd edək ki, qeydiyyat yalnız qanunla tələb olunan addım deyil, həm də təsərrüfatların davamlı inkişafı, daha sağlam qida istehsalı və güclü bazar əlaqələri qurulması üçün mühüm tədbirdir.

Topdansatış mağazasında saxta spirtli içkilər aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Şirvan şəhəri, Xəqani küçəsində fəaliyyət göstərən, Cəfərov Cavid Balamirzə oğluna məxsus topdansatış mağazasında yoxlama keçirib. Baxış zamanı iaşə obyektində 168 ədəd 1 litrlik, 163 ədəd 0.7 litrlik, 224 ədəd 0.5 litrlik “Belaruska” əmtəə nişanlı saxta spirtli içki aşkarlanıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib və uyğunsuzluq aşkarlanmış məhsulların satışının qarşısı alınıb. Araşdırmalar davam etdirilir.
