İri sahibkarlıq subyektləri HACCP sisteminin tətbiqinə başlayıb
1 May 2024 10:30
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida sahəsində fəaliyyət göstərən iri sahibkarlıq subyektlərində Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri (HACCP) sisteminin tətbiqi tam təmin olunub.
Qeyd edək ki, HACCP qida və yem məhsullarında təhlükə amillərinin müəyyən olunması, qiymətləndirilməsi və onlara nəzarət edilməsi sistemidir. Bu sistemə əsaslanan prosedurlar qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən olunur.
“Qida təhlükəsizliyi haqqında” Qanuna əsasən, qida və yem məhsullarının istehsal və emal olunduğu qida obyektlərində, həmçinin qida məhsullarının istehlak olunduğu ictimai iaşə və xidmət obyektlərində qida subyektləri Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri (HACCP) sisteminə əsaslanan prosedurları tətbiq etməli və buna əsaslanan qida təhlükəsizliyinə daxili nəzarət sisteminə malik olmalıdırlar.
Xatırladaq ki, iri sahibkarlıq subyektləri “Qida təhlükəsizliyi haqqında” Qanun qüvvəyə mindikdən 2 il, kiçik və orta sahibkarlıq subyektləri 4 il, mikro sahibkarlıq subyektləri isə 6 il sonra HACCP sistemini məcburi qaydada tətbiq etməlidirlər. Artıq iri sahibkarlıq subyektləri HACCP sisteminin tətbiqinə başlayıblar.
Agentlik kiçik, orta və mikro sahibkarlıq subyektlərini də HACCP sisteminin tətbiqinə çağırır. Bildiririk ki, sistemin tətbiqindən sonra yoxlamalar HACCP prinsipləri əsasında hazırlanmış yoxlama sualları əsasında aparılacaq və bu sistemin tətbiq olunmaması ciddi nöqsan kimi qəbul ediləcək.
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə metodiki dəstək verməyə hazır olduğunu bəyan edir.
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş