İstehlaka yararsız qənnadı məmulatları məhv edilib
28 Aprel 2022 15:13
![İstehlaka yararsız qənnadı məmulatları məhv edilib](https://afsa.gov.az/resized/resize649/center/pages/2937/16824826096602.jpg)
![İstehlaka yararsız qənnadı məmulatları məhv edilib](https://afsa.gov.az/resized/resize649/center/pages/2937/16824826096603.jpg)
![İstehlaka yararsız qənnadı məmulatları məhv edilib](https://afsa.gov.az/resized/resize649/center/pages/2937/16824826096602.jpg)
![İstehlaka yararsız qənnadı məmulatları məhv edilib](https://afsa.gov.az/resized/resize649/center/pages/2937/16824826096603.jpg)
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Fiziki şəxs Məmmədova Sevinc Nuhbala qızının Agentliyə müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş, ümumi çəkisi 520 kq qənnadı məmulatları “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.
Oxşar xəbərlər
![Topdansatış mağazasında istehlaka yararsız qida məhsullarının satışa çıxarıldığı aşkarlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/10265/whatsapp-image-2025-02-14-at-110059-1.jpg)
Topdansatış mağazasında istehlaka yararsız qida məhsullarının satışa çıxarıldığı aşkarlanıb
Göyçay rayonu, Qaraməryəm kəndində fəaliyyət göstərən, fiziki şəxs Musayev Natiq Namiq oğluna məxsus qida məhsullarının topdansatışı mağazasında Agentliyin əməkdaşları yoxlama keçirib. Baxış zamanı mağazada normativ tələblərin pozulduğu müəyyən olunub. Belə ki, istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsullarının satışının həyata keçirildiyi məlum olub. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsulların satışının qadağan olunması və dövriyyədən çıxarılaraq məhv edilməsi barədə qərar qəbul olunub.
![İctimai iaşə müəssisəsinin antisanitar şəraitdə fəaliyyət göstərdiyi aşkarlandı](https://afsa.gov.az/resized/resize224/center/pages/10263/whatsapp-image-2025-02-14-at-094746.jpg)
İctimai iaşə müəssisəsinin antisanitar şəraitdə fəaliyyət göstərdiyi aşkarlandı
Zaqatala şəhəri, Ç.Atalov küçəsində fəaliyyət göstərən, fiziki şəxs İbrahimov Fəryad Fərhad oğluna məxsus “Fəryad” ictimai iaşə müəssisəsində Agentliyin əməkdaşları yoxlama keçirib. Baxış zamanı sanitariya norma və qaydalarının, gigiyena normativlərinin tələblərinin pozulduğu aşkarlanıb. Faktla bağlı iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb, sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib.
![Binəqədidə qanunsuz fəaliyyət göstərən su emalı müəssisəsi aşkarlandı](https://afsa.gov.az/resized/resize224/center/pages/10258/whatsapp-image-2025-02-13-at-122539-1.jpg)
Binəqədidə qanunsuz fəaliyyət göstərən su emalı müəssisəsi aşkarlandı
Daxil olan müraciət əsasında Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yerləşən, fiziki şəxs Aslanov Elxan Məhərrəm oğluna məxsus su emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı nöqsanlar aşkarlanıb. Qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərən müəssisədə texnoloji ardıcıllıq prinsipinin pozulduğu, çənlərin və su filtrlərinin mütəmadi olaraq təmizlənmədiyi, məhsulların etiketində istehsalçı, ünvan, istehsal və istifadə tarixləri barədə məlumatların qeyd edilmədiyi, eyni zamanda başqa istehsalçılara məxsus etiketlərdən istifadə olunduğu müəyyən edilib. Faktla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati protokol tərtib olunub. 92 ədəd 19 litrlik qablaşdırılmış su və 181 ədəd 19 litrlik qablaşdırma materialı saxlanca qoyulub. Qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb.
![Quş qripi ilə bağlı diqqət edilməli qaydalar – Videoçarx](https://img.youtube.com/vi/yJzr8EyxMIo/hqdefault.jpg)