İsti havada qida zəhərlənmələrindən necə qorunmaq olar?
20 İyul 2026 15:48
Yay aylarında havanın isti keçməsi qida məhsullarında bakteriyaların daha sürətlə çoxalmasına səbəb olur ki, bu da qida zəhərlənmələri riskini artırır. Bu riskin qarşısını almaq üçün qidaların hazırlanması və saxlanması zamanı bir sıra qida təhlükəsizliyi qaydalarına riayət olunmalıdır. Xüsusilə yay mövsümündə tez xarab olan ət, süd məhsulları, balıq və s. qidaların düzgün saxlanılması, hazırlanması və istehlakı vacibdir. İstifadə müddəti bitmiş, rəngi və qoxusu dəyişmiş məhsullardan istifadə edilməməlidir.
Məhsul alarkən onun etiket məlumatlarına, son istifadə tarixinə və qablaşdırmaya diqqət yetirilməli, tez xarab olan qidalar müvafiq temperatur rejimində saxlanılmalıdır. Meyvə və tərəvəzlər istehlakdan əvvəl yaxşı yuyulmalı, konserv məhsullarında şişkinlik və ya zədələnmə müşahidə olunduqda onlardan istifadə edilməməlidir.
Ət, toyuq və balıq məhsulları tam bişirilməli, çiy və hazır qidaların təmasına yol verilməməlidir. Yemək hazırlamazdan əvvəl və sonra əllər yuyulmalı, mətbəx alətləri və qida ilə təmasda olan səthlər təmiz saxlanılmalıdır.
Qida zəhərlənmələri ürəkbulanma, qusma, ishal, qarın ağrısı, halsızlıq və hərarətlə müşayiət oluna bilər. Bu əlamətlər müşahidə edildikdə dərhal həkimə müraciət etmək məsləhətdir.
Unutmaq olmaz ki, qida zəhərlənməsi diaqnozu yalnız həkim tərəfindən müəyyən edilir.
Oxşar xəbərlər
Romada keçirilən Qlobal Konfransda Azərbaycanın aqrar-qida sistemi barədə məlumat verilib
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə İtaliyanın paytaxtında “Aqrar-qida sistemlərində Vahid Sağlamlıq hər kəsin sağlamlığı, hər kəsin məsuliyyəti və hər kəsin fəaliyyətidir” mövzusunda Qlobal Konfrans keçirilir. Tədbirdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Anar Əzimov iştirak edir. Sentyabrın 22-də baş tutan xüsusi paneldə ölkəmizin aqrar-qida sistemində həyata keçirilən islahatlar, biotəhlükəsizlik sahəsindəki tədbirlər və qabaqcıl təcrübələr barədə geniş məlumat verilib.
Bitkiçilik məhsullarının ixracı davam etdirilir
Payız ixrac mövsümü ilə əlaqədar Azərbaycanın xurma, nar, üzüm və digər bitkiçilik məhsullarının ixracı davam edir. İxrac edilən bitkiçilik məhsullarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə məhsul partiyalarına fitosanitar karantin baxışı keçirilir, müvafiq analizlərin aparılması üçün nümunələr götürülür və eynilik nəzarəti həyata keçirilir. Məhsul partiyalarının idxalçı ölkələrin, eləcə də beynəlxalq standartların tələblərinə uyğunluğu yoxlanılır. Müəyyən edilmiş tələblərə cavab verən məhsul partiyalarına fitosanitar sertifikat verilir və onların ixracına icazə verilir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi idxal və ixrac əməliyyatlarının daha çevik, şəffaf və sahibkarlar üçün əlçatan şəkildə həyata keçirilməsi məqsədilə göstərilən xidmətləri tam elektronlaşdırıb. Daha ətraflı:
Samuxda sahibkar müraciəti əsasında 165 baş heyvan identifikasiya olunub
Heyvanların identifikasiyası və uçotu üzrə tədbirlər davam etdirilir. Samux rayonunda təsərrüfat sahibi Elmar Əliyevin müraciəti əsasında 165 baş heyvana fərdi birkalar vurularaq qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən təlimata uyğun həyata keçirilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, AQTA tərəfindən təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş