Kardiologiya İnstitutunun direktoru “Erkən kəsimə son!” layihəsinə qoşulub - Video
21 Aprel 2026 15:52
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor, tibb elmləri doktoru Gülnaz Dadaşova Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən “Erkən kəsimə son!” layihəsinə qoşulub.
Gülnaz Dadaşova müraciətində bildirib ki, erkən kəsimin tibbi baxımdan üstünlüyü barədə formalaşan bəzi yanlış fikirlər elmi əsaslara söykənmir: “Körpə quzu əti ilə qoyun əti qırmızı ət kateqoriyasına daxildir və zülal mənbəyidir. Lakin bəzən körpə quzu ətinin guya daha faydalı və ya müalicəvi əhəmiyyət daşıdığı barədə yanlış təsəvvür formalaşdırılır. Bu yanaşmanın heç bir elmi əsası yoxdur.”
O, qeyd edib ki, qırmızı ətin həddindən artıq istehlakı xüsusilə risk qrupunda olan insanlar üçün təhlükə yarada bilər: “Hipertoniya və ürək-damar xəstəlikləri riski olan şəxslərdə qırmızı ətin, o cümlədən quzu ətinin normadan artıq istifadəsi ciddi ağırlaşmalara səbəb ola bilər. Bu baxımdan erkən kəsimə yox demək vacibdir.”
Ətraflı videolink:
Oxşar xəbərlər
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər - VİDEO
Baytarlıq müayinəsindən keçməmiş, xəstə və ya xəstəlik şübhəsi olan heyvanların kəsilərək ətinin istehlaka təqdim edilməsi insan sağlamlığı üçün ciddi risklər yaradır. Belə heyvanlardan insanlara bruselyoz, qarayara, vərəm və digər zoonoz xəstəliklər keçə bilər.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş