Kodeks Alimentarius Milli Komissiyasının növbəti seminarı keçirilib
7 May 2021 16:35
Kodeks Alimentarius Milli Komissiyasının Asiya İnkişaf Bankı (AİB) tərəfindən maliyyələşən “CAREC ölkələrində kənd təsərrüfatı dəyər zəncirlərində beynəlxalq qida təhlükəsizliyi standartlarının gücləndirilməsi” layihəsi çərçivəsində növbəti seminarı keçirilib.
Agentliyin təşkilatçılığı ilə keçirilən seminarda aidiyyəti qurumlar, ali təhsil müəssisələri, sahibkarlıq subyektləri və ekspertlər iştirak edib. Kodeks Alimentarius Komissiyasının ölkə üzrə milli əlaqələndiricisi, AQTA-nın Beynəlxalq əlaqələr və Protokol şöbəsinin müdiri Fuad Mərdiyev seminarda çıxış edərək, bu vaxta qədər Kodeks Alimentarius Milli Komissiyasının nəzdində “Qida məhsullarının etiketlənməsi və istehlakçılara qida ilə bağlı informasiyanın verilməsinə dair tələblər”, “Xüsusi təyinatlı qida məhsulları”, “Qida ilə təmasda olan material və məmulatlar”, “Bitki və heyvan mənşəli qida və yemlərdə pestisidlərin maksimum qalıq limitləri”, “Bioloji fəallığa malik qida əlavələri” üzrə müxtəlif komitələr yaradıldığını seminar iştirakçılarının nəzərinə çatdırıb. Bildirilib ki, komitələr tərəfindən artıq bir sıra texniki normativ hüquqi aktların layihələri hazırlanıb.
Seminarda Kodeks Alimentarius Komissiyası tərəfindən qida təhlükəsizliyi qaydalarına edilən son dəyişikliklər barədə məlumatlar verilib. Daha sonra seminar iştirakçıları Kodeksin Qida Gigiyenası üzrə ümumi tətbiqetmə prinsiplərinin son versiyası ilə tanış olublar.
Qeyd edək ki, Kodeks Alimentarius Komissiyası BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən “Birgə Qida Standartları Proqramı” çərçivəsində təsis edilmiş, 189 (188 üzv ölkə və bir təşkilat – Avropa İttifaqı) üzvü olan hökumətlərarası orqandır. Azərbaycan Respublikası 2011-ci ildən bu Komissiyanın üzvüdür. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Kodeks Alimentarius Komissiyasında Azərbaycan Respublikasının milli əlaqələndirici qurumu təyin edilib.
Oxşar xəbərlər
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
Beyləqanda məktəblilərin zəhərlənməsi faktı AQTA-nın nəzarətindədir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.
AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb. Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş