Kodeks Alimentariusun 60 illiyinə həsr olunan xususi jurnal nəşr olunub
4 Dekabr 2023 11:30
Kodeks Alimentarius Komissiyasının fəaliyyətə başlamasının 60 illiyinə həsr olunmuş xüsusi jurnal nəşr olunub. Nəşrdə ötən aylarda Qida Təhlükəsizliyi Agentliyinin 5 və Kodeksin isə 60 illiyinə həsr olunan “Qida standartları həyatları xilas edir” mövzusunda Bakıda keçirilmiş tədbir haqqında da məlumata yer verilib. Həmçinin Agentliyin Qida təhlükəsizliyi şöbəsinin müdiri – Kodeks Alimentariusun Azərbaycan üzrə Milli Əlaqələndiricisi Ramazan Nəbiyevin “Kodeks Əlaqələndiricisinin bir günü” mövzusunda məqaləsi dərc edilib. Məqalədə R. Nəbiyev Kodeks tərəfindən qəbul olunan qida standartaları və tələbləri ilə bağlı məlumatların ölkəmizdəki maraqlı tərəflərlə bölüşülməsi, həmçinin müvafiq sənədlərin yerli qanunvericiliyə uyğunlaşdırılması məsələlərinin iş prinsipi haqqında məlumat verib. Qeyd olunub ki, emal, istehsal və ixracla məşğul olan yerli sahibkarlıq subyektlərinin beynəlxalq tələb və standartlara cavab verməsi istiqamətində təkmilləşdirmə işləri və təşviq kampaniyaları icra olunur.
Qeyd edək ki, cari ilin 14-15 sentyabr tarixlərində Bakıda “Dayanıqlı və yüksək səviyyədə təşkil olunmuş Milli Kodeks Sisteminin yaradılması üçün Azərbaycan Respublikasına dəstək” layihəsi çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Kodeks Alimentarius Komissiyası və AQTA-nın birgə təşkilatçılığı ilə “Qida standartları həyatları xilas edir” mövzusunda Agentliyin 5 illiyinə və Kodeksin 60 illiyinə həsr olunmuş tədbir keçirilmişdi.
Oxşar xəbərlər
Romada keçirilən Qlobal Konfransda Azərbaycanın aqrar-qida sistemi barədə məlumat verilib
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə İtaliyanın paytaxtında “Aqrar-qida sistemlərində Vahid Sağlamlıq hər kəsin sağlamlığı, hər kəsin məsuliyyəti və hər kəsin fəaliyyətidir” mövzusunda Qlobal Konfrans keçirilir. Tədbirdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Anar Əzimov iştirak edir. Sentyabrın 22-də baş tutan xüsusi paneldə ölkəmizin aqrar-qida sistemində həyata keçirilən islahatlar, biotəhlükəsizlik sahəsindəki tədbirlər və qabaqcıl təcrübələr barədə geniş məlumat verilib.
Bitkiçilik məhsullarının ixracı davam etdirilir
Payız ixrac mövsümü ilə əlaqədar Azərbaycanın xurma, nar, üzüm və digər bitkiçilik məhsullarının ixracı davam edir. İxrac edilən bitkiçilik məhsullarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə məhsul partiyalarına fitosanitar karantin baxışı keçirilir, müvafiq analizlərin aparılması üçün nümunələr götürülür və eynilik nəzarəti həyata keçirilir. Məhsul partiyalarının idxalçı ölkələrin, eləcə də beynəlxalq standartların tələblərinə uyğunluğu yoxlanılır. Müəyyən edilmiş tələblərə cavab verən məhsul partiyalarına fitosanitar sertifikat verilir və onların ixracına icazə verilir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi idxal və ixrac əməliyyatlarının daha çevik, şəffaf və sahibkarlar üçün əlçatan şəkildə həyata keçirilməsi məqsədilə göstərilən xidmətləri tam elektronlaşdırıb. Daha ətraflı:
Samuxda sahibkar müraciəti əsasında 165 baş heyvan identifikasiya olunub
Heyvanların identifikasiyası və uçotu üzrə tədbirlər davam etdirilir. Samux rayonunda təsərrüfat sahibi Elmar Əliyevin müraciəti əsasında 165 baş heyvana fərdi birkalar vurularaq qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən təlimata uyğun həyata keçirilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, AQTA tərəfindən təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş