Kodex Alimentarius Komissiyasının Ümumi Prinsiplər Komitəsinin 32-ci sessiyası keçirilib
24 Fevral 2021 12:08
Fransanın ev sahibliyi etdiyi Kodex Alimentarius Komissiyasının Ümumi Prinsiplər Komitəsinin 32-ci virtual sessiyası keçirilib.
Sessiyada 94 üzv ölkəni, bir üzv təşkilatı (Avropa Birliyi) və 24 müşahidəçi təşkilatını təmsil edən 481 nümayəndə iştirak edib. Bununla əlaqədar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə dəvət məktubu ünvanlanıb, sözügedən sessiyada Codex Alimentarius Komissiyasının (Codex Alimentarius Commission) ölkə üzrə milli əlaqələndiricisi, Beynəlxalq əlaqələr və Protokol şöbəsinin müdiri Fuad Mərdiyev, Qida təhlükəsizliyi şöbəsinin Qida təhlükəsizliyinin tənzimlənməsi və istehlakçıların hüquqlarının müdafiəsi sektorunun aparıcı məsləhətçisi Səbinə Əsgərova iştirak edib.
Sessiyada Komissiyanın işinin təkmilləşdirilməsi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Səhiyyə Təşkilatının (WHO) Kodex Komissiyasının Ümumi Prinsipləri və prosedur qaydaları, Kodeks standartlarına edilən əlavə və dəyişikliklər, Kodeks standartlarından istifadə üzrə monitorinqlər, 2020-2025-ci illər üzrə Kodeks Strateji Planında nəzərdə tutulan fəaliyyətlər, COVID-19 pandemiyası ilə bağlı tədbirlər, ticarətin asanlaşdırılması sahəsində əməkdaşlıq imkanları və bir çox əlaqədar məsələlər üzrə müzakirələr aparılıb.
Məlumat üçün bildiririk ki, Kodeks Alimentarius Komissiyası BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən “Birgə Qida Standartları Proqramı” çərçivəsində təsis edilmiş 189 (188 üzv ölkə və bir təşkilat – Avropa İttifaqı) üzvü olan hökumətlərarası orqandır. Azərbaycan Respublikası 2011-ci ildən Kodeks Alimentarius Komissiyasının üzvüdür. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Kodeks Alimentarius Komissiyasında Azərbaycan Respublikasının milli əlaqələndirici qurumu təyin edilib.
Oxşar xəbərlər
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
Beyləqanda məktəblilərin zəhərlənməsi faktı AQTA-nın nəzarətindədir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.
AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb. Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş