Kürdəmirdə fəaliyyət göstərən restoranda plandankənar yoxlama keçirilib
30 Noyabr 2023 16:48










Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində Kürdəmir rayonu, Karrar kəndində yerləşən, fiziki şəxs Qəniyev Sadiq Seyyat oğluna məxsus “Bığ” restoranında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən təkrar yoxlama keçirilib.
Baxış zamanı qida obyektində ilkin yoxlamada aşkar edilmiş nöqsanların aradan qaldırılmadığı məlum olub. İctimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu, restoranın sanitar-texniki və sanitar-gigiyenik vəziyyətlə bağlı nöqsanlar aradan qaldırılmadan fəaliyyət göstərdiyi müəyyən olunub. Belə ki, mal qonşuluğu qaydalarına riayət edilmədiyi, süd və süd məhsullarının minimum keyfiyyətini və təhlükəsizliyini təsdiq edən müvafiq müşayiətedici sənədlərinin mövcud olmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb, fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, həmçinin aşkar edilmiş nöqsanların qısa zaman ərzində aradan qaldırılması barədə icrası zəruri göstərişlər verilib və qida obyektinin fəaliyyəti nəzarətə götürülüb.
Oxşar xəbərlər

Göygöldə "Dost" kafesində normativ tələblərin pozulduğu müəyyən edilib
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Göygöl rayonu, Balçılı kəndində fəaliyyət göstərən “Dost” kafesində yoxlama keçirib. Baxış zamanı ictimai iaşə obyektində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin normativ tələblərə cavab vermədiyi, soyuducuda mal qonşuluğu prinsipinin pozulduğu və etiketlənməsi aparılmayan qida məhsulları aşkarlanıb. Emal sahəsində ayrıca yuma çanaqlarının təşkil edilmədiyi, havalandırma sisteminin təchiz edilmədiyi, döşəmə və divar səthlərinin təmirsiz olduğu, qida ilə təmasda olan işçilərin tibbi müayinədən keçmədiyi və gigiyenik təlimlərə cəlb olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək iaşə obyektinin dönər hazırlanma sahəsində işlərin və xidmətlərin görülməsinə məhdudiyyət tətbiq olunub və icrası məcburi göstərişlər verilib.

Masallıda fəaliyyət göstərən restoranda nöqsanlar aşkarlanıb
Masallı rayonu, Binə Xocavar-Təzə Alvadı yolunda fəaliyyət göstərən, fiziki şəxs Əliyeva Nuranə İmran qızına məxsus “Qartal” restoranında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğu aşkarlanıb. Belə ki, ictimai iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Eyni zamanda sanitar-gigiyenik tələblərin pozulduğu, mətbəxdə döşəmə və divar səthlərinin təmirsiz olduğu, qida məhsulları ilə təmasda olan səthlərin yuyula bilən və korroziyaya davamlı materialla üzlənmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, restoranda mətbəxin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.

Biləsuvarda topdansatış anbarında saxta alkoqollu içkilər aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Biləsuvar rayonu, H.Əliyev prospektində fəaliyyət göstərən, Nağıyev Samir Nizami oğluna məxsus topdansatış anbarında yoxlama keçirib. Baxış zamanı iaşə obyektində 32 ədəd 0.5 litrlik və 18 ədəd 1 litrlik “Belaruska” əmtəə nişanlı, 140 ədəd 1.75 litrlik “Bio Luks” əmtəə nişanlı, 80 ədəd 0.5 litrlik “Belaya Rus” əmtəə nişanlı saxta alkoqollu içki aşkarlanıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, uyğunsuzluq aşkarlanmış məhsulların satışının qadağan edilməsi barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərar qəbul edilib. Araşdırmalar davam etdirilir.
