Kürdəmirdə ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb
12 İyun 2021 11:25
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentlik əməkdaşları tərəfindən Kürdəmir rayonu, Yeni Şıxımlı kəndində fəaliyyət göstərən, fiziki şəxs Dəmirov Elnur Qardaşxan oğluna məxsus ictimai iaşə müəssisəsində yoxlama keçirilib. Yoxlama zamanı müəssisədə texniki normativ hüquqi aktların tələblərinə, sanitar-gigiyenik qaydalara əməl edilmədiyi aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, sahibkara qanunvericiliyin tələbləri izah olunub.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.
Oxşar xəbərlər
Lənkəranda fəaliyyət göstərən mağazada istehlaka yararsız məhsullar aşkarlanıb
Lənkəran rayonu, Lənkəran şəhəri, M.Mustafaxan küçəsi 20B ünvanında fəaliyyət göstərən, Baxşızadə Elnur Şahin oğluna məxsus “ZZ Şərab №1” mağazasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş planlı yoxlama zamanı istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı içki və qida məhsulu aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək istehlaka yararsız ümumilikdə 60.5 litr içki və 1.4 kq qida məhsulunun satışının qarşısı alınıb. Araşdırmalar davam etdirilir.
Xətai rayonunda fəaliyyət göstərən dönərxanada nöqsanlar aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 178A ünvanında yerləşən fiziki şəxs Salmanov Azər Yolçu oğluna məxsus “Ləziz” dönərxanasında planlı yoxlama həyata keçirilib.
Nizami rayonunda fəaliyyət göstərən ictimai iaşə obyektində saxta alkoqollu içkilər aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 2404 ünvanında fəaliyyət göstərən “Beer Muxtar By Ares Pub Restaurant” MMC-yə məxsus “Beer Muxtar” ictimai iaşə obyektində plandankənar yoxlama keçirib. Baxış zamanı ictimai iaşə obyektində aşkar saxtalaşdırılma əlamətləri olan 11 ədəd 0.5 litrlik, 2 ədəd 1 litrlik “Absolute” əmtəə nişanlı və 3 ədəd 0.7 litrlik, 1 ədəd 0.5 litrlik “Finlandia” əmtəə nişanlı araq, 7 ədəd 1 litrlik “Jameson” əmtəə nişanlı viski aşkarlanıb. Belə ki, içkilərin bir qismində qablaşdırılmada istifadə olunan falqanın ikinci dəfə kustar üsulla yapışdırıldığı müəyyən edilib. Qeyd olunan alkoqollu içkilərin keyfiyyət və təhlükəsizlik göstəricilərini təsdiq edən sənədlər (sertifikat, qaimə, faktura və sair) yoxlamaya təqdim edilməyib. Bununla da, sözügedən məhsulların normativ sənədlərin tələblərinə uyğun olmadığı məlum olub. Faktla bağlı qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb. Keyfiyyət və təhlükəsizlik göstəricilərinə əsaslı şübhələr yaradan alkoqollu içkilərin satışı dayandırılıb və laborator müayinələrin aparılması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq sınaq laboratoriyasına təqdim olunub. Araşdırmalar davam etdirilir.