Kürdəmirdə təşkil olunan şənlik mərasimində pandemiya dövrünün tələbləri pozulub
17 Noyabr 2021 09:49
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində aidiyyəti dövlət orqanları ilə birgə reydləri davam etdirir.
Agentlik əməkdaşları tərəfindən Kürdəmir rayonu, M.Ə.Sabir 12 ünvanında fəaliyyət göstərən fiziki şəxs Qəribov Laçın Qaybalı oğluna məxsus "Muradxan” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub. Yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub. Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.
AQTA əhalinin sağlamlığının qorunması, həmçinin pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcəkdir.
Oxşar xəbərlər
Qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri davam etdirilir
Qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması istiqamətində Şəki-Zaqatala regionunda növbəti tədbirlər keçirilib. Tədbirlər çərçivəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları yaşayış məntəqələrində, təhsil müəssisələrində, ictimai yerlərdə və aqrar təsərrüfatlarda əhali ilə maarifləndirici görüşlər təşkil edib. Görüşlərdə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatına vurduğu zərər və mübarizə üsulları barədə məlumat verilib. Qəhvəyi mərmər bağacığının qışlamaq üçün yaşayış evlərinə, anbarlara, tövlələrə və digər qapalı məkanlara sığındığı diqqətə çatdırılıb. Bildirilib ki, payız-qış dövründə mexaniki mübarizə tədbirlərinin aparılması böyük əhəmiyyət daşıyır, aşkar edilən zərərvericilərin toplanaraq məhv edilməsi onların çoxalmasının qarşısını alır. Qeyd edək ki, qəhvəyi mərmər bağacığına qarşı mübarizə ilboyu diqqətdə saxlanılmalı, xüsusilə qış dövründə mexaniki mübarizə tədbirləri davamlı həyata keçirilməlidir. Hər bir vətəndaşın bu prosesdə fəal iştirakı mübarizənin səmərəliliyini artıracaq və kənd təsərrüfatı məhsullarının qorunmasına mühüm töhfə verəcək.
Fermer: Birgə mübarizə tədbirləri zərərvericinin yayılmasının qarşısının alınmasına böyük töhfə verəcək – VİDEO
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir. Bu çərçivədə növbəti maarifləndirici videoçarx hazırlanıb. Videomüraciətdə fermerlərin zərərverici ilə mübarizədə iştirakı, qışlama dövründə onun aşkar edilərək məhv edilməsinin əhəmiyyəti vurğulanır. Bildirilir ki, 300-dən çox bitki növü ilə qidalanan qəhvəyi mərmər bağacığı kənd təsərrüfatına ciddi ziyan vura bilər. AQTA əhalini və fermerləri zərərvericiyə qarşı mübarizədə fəal olmağa, qışlama yerlərində aşkar edilən bağacıqları zərərsizləşdirməyə çağırır. Qışlama dövründə aparılan mübarizə tədbirləri zərərvericinin sayının azalmasına və növbəti mövsümdə yayılmasının qarşısının alınmasına mühüm töhfə verir. Daha ətraflı:
Ağcabədi, Ağdam, Bərdə, Tərtər və Füzulidə bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrlə bağlı monitorinq keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağcabədi, Ağdam, Bərdə, Tərtər və Füzuli rayonlarında yerləşən bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin saxlanma anbarlarında, satış mağazalarında monitorinq keçirib. Nəzarət tədbirləri zamanı pestisid və aqrokimyəvi maddələrin saxlanılması və satış şəraiti, sanitar-gigiyenik qaydalar, dövlət qeydiyyatı, etiketləmə qaydaları, məhsulun keyfiyyəti və yararlılıq müddəti yoxlanılıb. Bərdə, Tərtər və Ağcabədi rayonlarında yerləşən anbar və satış mağazalarında təsiredici maddəsi qadağan edilmiş, hermetikliyi pozulmuş, mənşəyi məlum olmayan və istifadə müddəti bitmiş preparatlar aşkar edilərək saxlanca qoyulub və satışının qarşısı alınıb. Həmçinin qanunvericiliyə uyğun digər zəruri tədbirlər görülüb. Bununla yanaşı, sahibkarlara müvafiq tövsiyələr və icrası məcburi göstərişlər verilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş