Kütləvi tədbirlər zamanı iaşə müəssisələrində qida təhlükəsizliyi tələblərinə əməl olunmalıdır
15 Sentyabr 2025 12:47
Kütləvi tədbirlər zamanı ictimai iaşə müəssisələrində qida məhsullarının təhlükəsiz və keyfiyyətli şəkildə istehlakçılara təqdim olunması üçün xammalın qəbulundan başlayaraq, saxlanma və emal proseslərinə qədər bütün mərhələlərdə sanitariya-gigiyena tələblərinə ciddi şəkildə əməl olunmalıdır. Xammalların çirklənmədən qorunması üçün müxtəlif məhsullar ayrı-ayrı sahələrdə saxlanmalı, soyuducu avadanlıqlar məhsulların xüsusiyyətlərinə uyğun yüklənməli və mal qonşuluğu prinsipinə əməl olunmalıdır. Emal sahələrində döşəmə, divar və tavanların asan təmizlənə bilən materialla üzlənməsi, doğrama lövhələrinin və alətlərin vəziyyəti, həmçinin onların təyinat üzrə ayrılması da çirklənmə riskini azaltmaq baxımından mühüm əhəmiyyət daşıyır.
Qida blokunda çalışan işçilərin şəxsi gigiyenaya əməl etməsi, təmiz, xüsusi geyim və fərdi mühafizə vasitələrindən istifadə etməsi vacibdir. İşçilər işə başlamazdan əvvəl tibbi müayinədən keçməli, əllərində hər hansı bir yara və ya xəstəlik əlaməti olduqda qida ilə təmasdan uzaq tutulmalıdırlar. Əks halda qida məhsulları mikrobioloji çirklənməyə məruz qalaraq insan sağlamlığı üçün təhlükə yarada bilər. Bundan əlavə, yuma çanaqları da funksiyalarına görə ayrılmalı – işçi əllərinin, qida məhsullarının və alətlərin yuyulması üçün ayrıca bölmələr yaradılmalıdır. Hazır qidaların təhlükəsiz saxlanılması üçün isti və soyuq qidalar üçün uyğun temperatur rejimi təmin edilməlidir.
Qida təhlükəsizliyi tələblərinə əməl olunmaması insan həyat və sağlamlığına ciddi təhlükə yaratmaqla yanaşı, kütləvi zəhərlənmələrə gətirib çıxara bilər. Odur ki, qida məhsulları ilə davranışda qeyd olunan qaydalara əməl olunması önəmlidir.
Mövzu ilə bağlı hazırlanmış videonu linkdən izləyə bilərsiniz:
Oxşar xəbərlər
Azərbaycanın heyvan xəstəliklərindən azad statusunun qorunması ÜHST-nin konfransında qabaqcıl təcrübə kimi təqdim olunub
20-25 sentyabr tarixlərində Latviya Respublikasının Yurmala şəhərində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Avropa Regional Komissiyasının 32-ci Konfransı keçirilir. Azərbaycan ÜHST-nin İdarəetməyə Nəzarət Komitəsinin üzvü kimi konfransda fəal iştirak edib. Tədbir çərçivəsində institusional islahatlara yönəlmiş qərarların qəbulunda ölkəmizin maraqları da nəzərə alınıb. Konfransda Azərbaycanı ÜHST-nin Avropa Regional Komissiyasının vitse-prezidenti, AQTA-nın şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev təmsil edib. Konfransın gündəliyinə ölkəmizin xırdabuynuzlu heyvanların taunundan, eləcə də digər xüsusi təhlükəli heyvan xəstəliklərindən azad statusunun qorunması istiqamətində əldə etdiyi təcrübənin müzakirəsi də daxil edilib. Q.Əbdüləliyev təqdimatla çıxış edərək AQTA tərəfindən heyvan sağlamlığının və bioloji təhlükəsizliyin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
AQTA “Sağlam məktəbli” layihəsini yeni tədris ilində də davam etdirir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən “Sağlam məktəbli” layihəsi çərçivəsində 2026–2027-ci tədris ilində də ümumi təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir. Layihənin əsas məqsədi məktəblilər arasında sağlam və düzgün qidalanma vərdişlərinin formalaşdırılması, qida təhlükəsizliyi ilə bağlı biliklərinin artırılması və gündəlik qida seçimlərində daha diqqətli olmalarına töhfə verməkdir. Yeni tədris ili çərçivəsində növbəti maarifləndirici görüş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 191 nömrəli tam orta məktəbdə keçirilib. Görüşdə təxminən 100-dən artıq şagirdə “Meyvələrin uşaqların inkişafında rolu” mövzusu üzrə təqdimatlar keçirilb. Şagirdlərə meyvələrin orqanizmin böyümə və inkişafında rolu, vitamin və mineral mənbəyi kimi əhəmiyyəti, enerji və zehni fəaliyyətə təsiri, diqqət və yaddaş üçün faydası, mövsümə uyğun meyvə seçiminin əhəmiyyəti, meyvələrin düzgün yuyulması və istehlak qaydaları haqqında ətraflı məlumatlar verilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb, maarifləndirici bukletlər paylanılıb.
Romada keçirilən Qlobal Konfransda Azərbaycanın aqrar-qida sistemi barədə məlumat verilib
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə İtaliyanın paytaxtında “Aqrar-qida sistemlərində Vahid Sağlamlıq hər kəsin sağlamlığı, hər kəsin məsuliyyəti və hər kəsin fəaliyyətidir” mövzusunda Qlobal Konfrans keçirilir. Tədbirdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Anar Əzimov iştirak edir. Sentyabrın 22-də baş tutan xüsusi paneldə ölkəmizin aqrar-qida sistemində həyata keçirilən islahatlar, biotəhlükəsizlik sahəsindəki tədbirlər və qabaqcıl təcrübələr barədə geniş məlumat verilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş