Latviyalı mütəxəssislər Lənkəran Regional Sınaq Laboratoriyasında təlim keçiblər
8 Fevral 2022 16:39
Latviyanın BIOR laboratoriyasının mütəxəssisləri Vadims Bartkeviçs və İveta Puqayeva “Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” üzrə Tvinninq layihəsi çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Lənkəran Regional Sınaq Laboratoriyasında olublar.
Missiya çərçivəsində Lənkəran Regional Sınaq Laboratoriyasının mütəxəssisləri üçün Qaz xromatoqrafiyası-kütlə spektrometriyası (GC/MS) cihazının proqram təminatı üzrə təlim həyata keçirilib, cihazın xüsusiyyəti və imkanları barədə ətraflı məlumat verilib. Bildirilib ki, Qaz xromatoqrafiyası-kütlə spektrometriyası sınaq nümunəsi daxilində müxtəlif maddələri müəyyən etmək üçün qaz xromatoqrafiyası və kütlə spektrometriyasının xüsusiyyətlərini birləşdirən analitik üsuldur. Bu cihaz mürəkkəb kimyəvi qarışıqları molekulyar səviyyədə ayırır və komponentləri ayrı-ayrılıqda müəyyən edir.
Həmçinin Qaz xromatoqrafiyası-kütlə spektrometriyası (GC/MS) cihazında qida məhsullarında pestisidlərin qalıq miqdarının təyini üzrə müayinələrin aparılması üçün nümunə hazırlığı əyani şəkildə göstərilib və qarşılıqlı təcrübə mübadiləsi aparılıb. Diqqətə çatdırılıb ki, bu cihaz qida məhsullarının təhlükəsizlik göstəriciləri üzrə laborator müayinələri yüksək keyfiyyət və dəqiqliklə, eləcə də qısa müddətdə icra etməyə imkan yaradır.
Latviyalı qonaqlar Lənkəran Regional Sınaq Laboratoriyasının mütəxəssisləri ilə pestisidlərin qalıq miqdarının və təhlükəli cəhətlərinin təyin edilməsi ilə bağlı öz təcrübəsini bölüşüb, bu istiqamətdə geniş fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Girdəni kəndində yerləşən, Hüseynova Ruhəngiz Davud qızına məxsus toyuq kəsimi sexində plandankənar yoxlama keçirib. Obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb. Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı, antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarətindən keçmədən kəsiminin aparıldığı, məhsulların etiketlənmədiyi və digər normativ tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003 - Çağrı Mərkəzi”nə daxil olan vətəndaş müraciəti və sosial mediada paylaşılan məlumat əsasında Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən, fiziki şəxs Orucov Abbas Tahir oğluna məxsus obyektdə yoxlama keçirilib. Baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə toyuq məhsullarının müşayiətedici sənədlərinin və etiketlərin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb. Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Fakt əsasında qanunvericiliyin tələbinə uyğun müvafiq tədbirlər görülməkdədir.
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş