Lənkəranda çiyələk və kartof istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
13 Aprel 2026 14:46
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Lənkəran rayonunda cənub bölgəsinin çiyələk və kartof istehsalçıları və ixracatçıları ilə görüş təşkil olunub.
Görüşün keçirilməsində əsas məqsəd ixrac proseslərinin beynəlxalq fitosanitar tələblərə uyğun qurulması, məhsulların keyfiyyətinin və təhlükəsizliyinin təmin olunması, bitki sağlamlığı sahəsində risklərin minimuma endirilməsi istiqamətində sahibkarlarla əməkdaşlığın daha da gücləndirilməsidir.
Görüş zamanı ixrac proseslərinin düzgün təşkili, eləcə də bitki sağlamlığının qorunması və fitosanitar tələblərə riayət olunmasının vacibliyi vurğulanıb. Sahibkarlara idxalçı ölkələrin fitosanitar və texniki tələbləri, eyni zamanda Beynəlxalq Bitki Mühafizəsi Təşkilatının (IPPC) müəyyən etdiyi standartlara uyğunluğun təmin edilməsi ilə bağlı ətraflı məlumat verilib.
Bildirilib ki, məhsulların istehsal mərhələsindən etibarən zərərli orqanizmlərlə yoluxmanın qarşısının alınması, bitki mühafizə tədbirlərinin düzgün və vaxtında aparılması, istifadə olunan preparatların normativ tələblərə uyğun tətbiqi ixrac prosesində əsas şərtlərdən biridir. Qablaşdırma materiallarının, xüsusilə taxta tara və altlıqların fitosanitar tələblərə uyğun hazırlanması və zərərvericilərdən azad olması əhəmiyyət kəsb edir.
Bununla yanaşı, məhsulların düzgün qablaşdırılması, etiketlənməsi, saxlanma və daşınma zamanı təhlükəsizlik tələblərinə riayət olunması, eləcə də izlənəbilirliyin təmin edilməsi ilə bağlı məsələlər geniş şəkildə izah olunub. Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı müzakirələr aparılıb.
Tədbir çərçivəsində Agentlik əməkdaşları çiyələk və kartof təsərrüfatlarına, çeşidləmə sahələrinə və saxlanma məntəqələrinə baxış keçirib. Baxış zamanı fitosanitar vəziyyət qiymətləndirilib, bitkilərin xəstəlik və zərərvericilərdən qorunması, aqrotexniki tədbirlərin düzgün təşkili və məhsulun keyfiyyətinin saxlanılması ilə bağlı praktiki tövsiyələr verilib.
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş