Lənkəranda marketdə nöqsanlar aşkar olunub
28 Aprel 2021 15:09








Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentlik əməkdaşları tərəfindən Lənkəran şəhəri, Z. Əliyeva küçəsində yerləşən, fiziki şəxs Baxşiyev Məhərrəm Tahir oğluna məxsus “Aura” marketdə yoxlama keçirilib. Yoxlama zamanı marketdə son istifadə müddəti bitmiş alkoqolsuz içki, marmelad, duz, kərə yağı məhsulları aşkar edilib. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülüb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.
Oxşar xəbərlər

Qaxda quşçuluq təsərrüfatında nöqsanlar aşkarlandı
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Qax rayonu, Almalı kəndində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Səxavət Rəcəb oğluna məxsus quşçuluq təsərrüfatında yoxlama keçirib. Baxış zamanı quşçuluq təsərrüfatında sanitariya norma və qaydalarının, gigiyena tələblərinin pozulduğu, həmçinin baytarlıq-sanitariya norma və qaydalarına əməl olunmadığı aşkarlanıb. Belə ki, müvafiq təmizlik işlərinin aparılmadığı, quşların planlı şəkildə kliniki və laborator müayinələrdən keçirilmədiyi, baytarlıq nəzarəti tədbirlərinin görülmədiyi, havalandırma sisteminin qurulmadığı, istifadə edilən alət və avadanlıqlar üçün yuma sahələrinin olmadığı, işçi heyətin dövri olaraq tibbi müayinədən keçmədiyi və xüsusi geyimdən istifadə etmədiyi və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb və sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib.

Salyanda fəaliyyət göstərən marketdə saxta spirtli içkilər aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Salyan rayonu, Ələt-Astara magistral yolunun 60-cı kilometrliyində fəaliyyət göstərən, Süleymanov Sərxan Qurbanəli oğluna məxsus “Ay Store” marketdə yoxlama keçirib. Baxış zamanı iaşə obyektində 8 ədəd 1 litrlik, 3 ədəd 0.7 litrlik və 8 ədəd 0.5 litrlik “Platinum Vısota” əmtəə nişanlı saxta spirtli içki aşkarlanıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib və saxta spirtli içkilərin satışa çıxarılmasının qarşısı alınıb. Araşdırmalar davam etdirilir.

İki istehsalçıya məxsus yağda uyğunsuzluqlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində yaxılabilən və qatı yağ məhsullarından götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində 2 istehsalçıya məxsus 2 məhsulda uyğunsuzluqlar aşkarlanıb. Həmçinin bitki tərkibli spred yağlarının sellofanda qablaşdırılaraq nehrə yağı təəssüratı yaratmaqla istehlakçıların aldadıldığı müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, istehsalçılar inzibati məsuliyyətə cəlb olunub, uyğunsuzluq müəyyən edilmiş məhsulların satışının qadağan edilməsi və ticarət obyektlərindən geri çağırılması barədə qərar qəbul edilib. Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır:
