Lənkəranda qida məhsulları saxlanılan anbarda yoxlama keçirilib
29 Noyabr 2023 10:13
Daxil olan məlumat əsasında Lənkəran şəhəri, 21-ci məhəllədə yerləşən, Yusifli Rəsul Nazim oğluna məxsus anbarda Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama aparılıb.
Yoxlama zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin anbarda istifadə müddəti bitmiş, etiket məlumatları və müşayiətedici sənədləri olmayan məhsullar aşkarlanıb.
Etiket məlumatları və müşayiətedici sənədləri olmayan:
Ümumi çəkisi 280 kq olan 28 qutu toyuq əti,
Ümumi çəkisi 30 kq olan 3 qutu toyuq ayağı,
Ümumi çəkisi 280 kq olan toyuq qanadı.
Müşayiətedici sənədləri olmayan:
Ümumi çəkisi 1640 kq olan 164 qutu ”Belarus” əmtəə nişanlı toyuq əti,
Ümumi çəkisi 144 kq olan 18 qutu “Paim File” əmtəə nişanlı toyuq filesi,
Ümumi çəkisi 80 kq olan 8 qutu “Lebro” əmtəə nişanlı toyuq əti,
Ümumi çəkisi 80 kq olan 8 qutu “Zümrüd” əmtəə nişanlı toyuq əti,
5.9 kq “Siyəzən Məhsulu” əmtəə nişanlı toyuq əti.
İstifadə müddəti bitmiş:
12.5 kq “Elle Vire” əmtəə nişanlı kərə yağı,
3 kq “Siyəzən Məhsulu” əmtəə nişanlı toyuq sub məhsulu.
Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində ümumi çəkisi 85.9 kq olan “Zümrüd “ və “Siyəzən Məhsulu” əmtəə nişanlı toyuq əti məhsulunda nəmliyin kütlə payının normadan artıq olduğu müəyyən edilib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq inzibati tədbir görülüb, istehlaka yararsız məhsulların satışa çıxarılmasının qarşısı alınıb, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.
Oxşar xəbərlər
Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – Fəaliyyətləri məhdudlaşdırıldı
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonu, İsgəndərli qəsəbəsində Rəsulov Taleh Seyran oğluna məxsus toyuq kəsimi sexində, Digah kəndində isə Paşayev Füzuli İbrahim oğluna məxsus toyuq kəsimi sahəsində yoxlama keçirib. Yoxlama zamanı hər iki qida obyektində quşların müvafiq müşayiətedici sənədlərinin olmaması, sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulması və digər nöqsanlar aşkarlanıb. Hər iki sahibkar barəsində inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub, toyuq məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş