Masallıda fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb
9 Aprel 2024 11:44
Masallı şəhəri, M.C.Talışxanov küçəsi 49 ünvanında fəaliyyət göstərən hüquqi şəxs “Masallı Bazar” ASC-yə məxsus bazarda Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları planlı yoxlama aparıb.
Yoxlama zamanı bazarın qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, istehlaka yararsız ərzaq məhsullarının zərərsizləşdirilməsi üçün zəruri vasitələrin mövcud olmadığı, temperatur rejiminə və mal qonşuluğu prinsipinə əməl edilmədiyi, satışı həyata keçirilən qida məhsullarının minimum keyfiyyət və təhlükəsizliyini təsdiq edən müvafiq sənədlərinin mövcud olmadığı, həmçinin ət satışı köşkündə mövcud olan ətin mərkəzləşmiş kəsim məntəqəsində kəsilmədən, müvafiq baytarlıq ekspertizasından keçmədən kəsilərək satışının həyata keçirildiyi aşkarlanıb. Eyni zamanda qida məhsullarının yerdən və ya üstüaçıq formada yığıldığı, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı müəyyən olunub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq bazar rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.
Oxşar xəbərlər
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş