Masallıda fəaliyyət göstərən kafenin fəaliyyəti məhdudlaşdırılıb
17 İyul 2024 16:15
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonu, Öncəqala kəndində fəaliyyət göstərən, sahibkar İsmayıllı Fərid İbrahim oğluna məxsus “Bakı Gecələri” kafesində plandankənar yoxlama keçirib.
Baxış zamanı kafedə sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu müəyyən edilib. Belə ki, obyektdə vəziyyətin qənaətbəxş olmadığı və əsaslı təmirə ehtiyacı olduğu, işçilərin dövri tibbi müayinədən keçmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı aşkarlanıb.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq kafenin fəaliyyəti məhdudlaşdırılıb və sahibkar barəsində inzibati protokol tərtib edilib.
Oxşar xəbərlər
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş