“Məktəblilərin qida bələdçiləri” pilot layihəsi üzrə sertifikatlar təqdim olunub
26 Aprel 2022 15:58
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) təşkilatçılığı, UNICEF-in dəstəyi və Təhsil Nazirliyinin iştirakı ilə reallaşmış “Məktəblilərin qida bələdçiləri” pilot layihəsi üzrə sertifikatların təqdimat mərasimi keçirilib.
Tədbirdə çıxış edən AQTİ mütəxəssisləri iştirakçılara layihəyə göstərdikləri marağa, eyni zamanda təlim müddətindəki səylərinə görə təşəkkürlərini ifadə ediblər, təlimlər zamanı qazanılmış bacarıq və vərdişlərin gələcək fəaliyyətlərində səmərəli və faydalı olacağını vurğulayıblar.
İştirakçılar da öz növbəsində əhalinin qida təhlükəsizliyi sahəsində maarifləndirilməsi istiqamətində mütəmadi tədbirlərin təşkilini təqdir ediblər, pilot layihənin ümumilikdə təhlükəsiz və sağlam qidalanmanın təşviqi üzrə aparılan işlərə töhfə verəcəyini diqqətə çatdırıblar.
Sonra iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, layihə çərçivəsində növbəti mərhələdə imtahandan uğurla keçən iştirakçıların təmsil etdikləri məktəblərdə 5-9-cu sinif şagirdləri arasında sorğu-anketin keçirilməsi, həmçinin məktəblərdə maarifləndirici məlumat banerlərinin yerləşdirilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş