Meyvə şirələri ilə bağlı nəzarət tədbirləri keçirilib
9 İyul 2026 14:12
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən təsdiq edilmiş Monitorinq Planına uyğun olaraq, istehlakçı hüquqlarının qorunması məqsədilə satış obyektlərində satışa çıxarılan meyvə şirəsi və nektar məhsulları üzrə nəzarət tədbirləri həyata keçirilib.
Monitorinq çərçivəsində 16 istehsalçı müəssisəyə məxsus 17 məhsuldan nümunələr götürülərək qida rəngləyiciləri, qoruyucu maddələr və orqanoleptik göstəricilər üzrə laborator müayinələrə təqdim olunub.
Sınaq nəticələrinə əsasən, 4 istehsalçı müəssisəyə məxsus 5 məhsulda meyvə və tərəvəz nektarları, eləcə də konsentratlarından əldə olunan məhsullarda istifadəsinə yol verilməyən rəngləyici maddələr aşkarlanıb. Uyğunsuzluqlar “Göyçay Süd” ASC, “Drop Be-Az” MMC, “İmperial 01” MMC və “LG Konserv” MMC-yə məxsus məhsullarda müəyyən edilib.
Bundan əlavə, “İmperial 01” MMC-yə məxsus nar şirəsi emalı müəssisəsində aparılmış yoxlama zamanı ciddi sanitariya-gigiyena pozuntuları aşkarlanıb. Bununla əlaqədar müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Müvafiq normativ sənədin tələblərinə əsasən, aşkarlanan rəngləyici maddələrin yalnız dad-aromatik maddələr əlavə edilmiş içkilərdə istifadəsinə icazə verilir. Meyvə şirələri və nektarlarda isə həmin maddələrin istifadəsinə yol verilmir.
Aşkarlanmış uyğunsuzluqlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb və icrası məcburi göstərişlər verilib. Qəbul edilmiş müvafiq qərar əsasında ticarət şəbəkələrindən geri çağırılmış məhsul partiyalarının məhv edilməsi nəzərdə tutulur.
Uyğunsuzluq aşkar edilmiş məhsulların siyahısı :
|
№ |
İstehsalçı müəssisə |
Məhsulun adı |
Məhsulun istehsal və son istifadə tarixi |
Aşkar edilmiş uyğunsuzluq |
|
1. |
"Göycay Süd" ASC |
“Sonti” əmtəə nişanlı 1 litrlik tetrapak qablaşmada portağal nektarı |
04.12.2025-04.12.2026 |
Sarı “gün batımı” FCF/Narıncı Sarı S (E 110) |
|
2. |
"Drop Be-Az" MMC |
“Drop” əmtəə nişanlı 1 litrlik şüşə qablaşmada şaftalı nektarı |
04.04.2026-04.01.2027 |
Sarı “gün batımı” FCF/Narıncı Sarı S (E 110) |
|
3. |
"İmperial 01" MMC |
“Tur-Nar” əmtəə nişanlı 1 litrlik şüşə qablaşmada nar şirəsi |
01.05.2026-01.05-2028 |
Tartrazin (E 102) və Sarı “gün batımı” FCF/Narıncı Sarı S (E 110) |
|
15.04.2026-15.04.2028 |
Tartrazin (E 102), Sarı “gün batımı” FCF/Narıncı Sarı S (E 110) və Azorubin (E 122) - 43 mq/kq |
|||
|
4. |
"LG Konserv" MMC |
“Tommy” əmtəə nişanlı 200 ml-lik tetrapak qablaşmada multimeyvə nektarı |
17.09.2025-17.09.2026 |
Tartrazin (E 102) və Sarı “gün batımı” FCF/Narıncı Sarı S (E 110) |
Oxşar xəbərlər
Dövlət Proqramı qida təhlükəsizliyi üzrə kadr hazırlığını gücləndirəcək
Ölkə başçısının Sərəncamı ilə təsdiq olunmuş 2027–2032-ci illər üçün Dövlət Proqramında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində ali təhsil üzrə kadr hazırlığının müasir tələblərə uyğunlaşdırılması nəzərdə tutulur. Mövcud tədris proqramlarının təkmilləşdirilməsi və yeni fənn proqramlarının hazırlanaraq tədrisə başlanması planlaşdırılır. Məktəblərdə isə sağlam qidalanma və zoonoz xəstəliklərlə bağlı məlumatların dərsliklərə daxil edilməsi nəzərdə tutulur. Bununla şagirdlərin qida təhlükəsizliyi və sağlam qidalanma barədə məlumatlılığının artırılması hədəflənir.
Xankəndi və Xocalıda zərərvericilərə qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Xankəndi şəhərində, eləcə də Xocalı rayonunun Şuşakənd, Malıbəyli və Quşçular kəndlərində fitosanitar nəzarət və maarifləndirmə tədbirləri keçirilib. Tədbirlərin əsas məqsədi qəhvəyi mərmər bağacığı və Amerika ağ kəpənəyinin ölkə ərazisində yayılmasının qarşısının alınması, bu zərərvericilərin vaxtında aşkar edilməsi və sakinlərin bu sahədə məlumatlılıq səviyyəsinin artırılmasıdır. Yerli sakinlərə karantin tətbiq edilən zərərvericilərin bioloji xüsusiyyətləri, yayılma yolları, xarakterik əlamətləri, habelə kənd təsərrüfatı bitkilərinə və yaşıllıqlara vura biləcəyi zərərlər barədə ətraflı məlumat verilib. Zərərvericilərin yayılmasının qarşısını almaq üçün xüsusilə payız-qış mövsümündə həyata keçirilməsi tövsiyə olunan mexaniki və profilaktik mübarizə tədbirləri izah olunub. Tədbirlər çərçivəsində zərərvericilərin vaxtında müəyyən edilməsi, onların mümkün yayılma ocaqlarının aşkarlanması və müvafiq mübarizə tədbirlərinin görülməsinin əhəmiyyəti diqqətə çatdırılıb, sakinlərə maarifləndirici çap materialları paylanıb.
AQTA-nın dövlət qulluğuna yeni qəbul olunan əməkdaşlarına təlim keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) dövlət qulluğuna yeni qəbul olunan əməkdaşlarına, habelə onların bilavasitə rəhbərlərinə “Dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının praktiki tətbiqi məsələləri” mövzusunda onlayn təlim keçirilib. Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan təlimdə korrupsiya anlayışı, korrupsiya hüquqpozmalarına görə məsuliyyət, ölkəmizdə korrupsiyaya qarşı mübarizədə əldə edilmiş nailiyyətlər, eləcə də dövlət qulluqçularının etik davranış qaydaları və digər məsələlər barədə məlumat verilib. Təlimin sonunda korrupsiyaya qarşı mübarizə və dövlət qulluğunda etik davranış qaydaları mövzusunda iştirakçıların sualları cavablandırılıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş