Mingəçevirdə fəaliyyət göstərən süd və süd məhsullarının istehsalı müəssisəsində yoxlama keçirilib
21 Sentyabr 2023 17:07
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində Mingəçevir şəhəri, H.Hüseynov küçəsi 6 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Camalov Ruslan Valeh oğluna məxsus süd və süd məhsullarının istehsalı müəssisəsində Agentlik əməkdaşları tərəfindən yoxlama keçirilib. Baxış zamanı müəssisədə qida təhlükəsizliyinə dair normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib. Belə ki, sanitar-gigiyenik tələblərə əməl olunmadığı, məhsulların istehsalı və emalı zamanı baytarlıq sanitariya tələblərinin gözlənilmədiyi, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi məlum olub. Faktla bağlı qanunvericiliyə uyğun olaraq, müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb edilib, həmçinin süd və süd məhsullarının istehsalı müəssisəsinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
Oxşar xəbərlər
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş