Nərimanov rayonunda unlu qənnadı məmulatlarının emalı müəssisəsində istehsal dayandırılıb
20 Aprel 2026 12:21
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, ev 99/2 ünvanında yerləşən, fiziki şəxs Aslanov Qoşqar Hidayət oğluna məxsus unlu qənnadı məmulatlarının emalı müəssisəsində plandankənar yoxlama keçirib.
Baxış zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Emal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, çarpaz çirklənmənin qarşısının alınması üçün şəraitin yaradılmadığı, havalandırma sisteminin qurulmadığı, avadanlıqların mütəmadi təmizlənmədiyi, soyuducu rəflərinin korroziyaya uğradığı, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.
Nöqsanlar aradan qaldırılanadək müəssisədə istehsal dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.
Oxşar xəbərlər
Regional Əlaqələndirmə Mərkəzlərində “Qaynar xətt” fəaliyyət göstərir - ZƏRƏRVERİCİ İLƏ MÜBARİZƏ
Qəhvəyi mərmər bağacığı 300-dən çox bitki ilə qidalanır. Yüksək risk altında olan bitkilərə fındıq, alma, armud, şaftalı, nektarin, üzüm, qarğıdalı, pomidor, badımcan, bibər, orta risk altında olan bitkilərə isə ərik, qaragilə, gilas, xiyar daxildir. Zərərvericinin qidalanması yazda başlayır və payızın sonuna qədər davam edir.
Quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinq keçiriləcək
Quş qripi xəstəliyinin qarşısının alınması üzrə dövlət qurumlarının və digər aidiyyəti subyektlərin əlaqəli Fəaliyyət Planına uyğun olaraq, 2026-cı il 18-22 may tarixlərində növbəti epizootoloji monitorinq keçiriləcək. Monitorinq zamanı risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərinə, eləcə də vəhşi quşlara ümumi baxış keçiriləcək. Xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq və bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından diaqnostik nümunələr götürüləcək. Habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçiriləcək, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görüləcək, epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin (HSBXM) və yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşları iştirak edəcəklər. Tədbir müddətində götürülmüş nümunələr İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələrə cəlb olunacaqdır.
Beyləqanda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Beyləqan rayonu, Birinci Şahsevən kəndində fəaliyyət göstərən, Allahverdiyev Xəlil Hüseyn oğluna məxsus kafedə plandankənar yoxlama keçirib. Baxış zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi məlum olub, eləcə də bir sıra nöqsanlar aşkarlanıb. İctimai iaşə obyektində qida məhsullarının saxlanması zamanı temperatur rejiminə əməl olunmadığı, emalı prosesində suyun filtirdən keçirilmədiyi, mətbəxdə döşəmə və divar səthlərinin təmirsiz olduğu, asan təmizlənən və dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, alət və avadanlıqların, soyuducu rəflərinin korroziyaya uğradığı, havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı obyektin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab
AQTA sədri Qoşqar Təhməzli ilə Latviyanın kənd təsərrüfatı naziri Armands Krauze arasında görüş olub
Giriş