Nərimanovda fəaliyyət göstərən ticarət obyektində istehsal tarixi saxtalaşdırılan qida məhsulları aşkarlanıb
3 Sentyabr 2024 16:31
Qida Təhlükəsizliyi Agentliyi idxalçı müəssisələr tərəfindən ölkəmizə gətirilən qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Tədbirlər çərçivəsində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi, ev 70, 72 m. blok 7 ünvanında fəaliyyət göstərən “Unityfood LTD” MMC-yə məxsus ticarət obyektində, eləcə də ticarət obyektinin anbarında Agentlik əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı idxalçı müəssisənin qida məhsulları üzərində bəyan edilən yararlılıq müddətini saxtalaşdırdığı müəyyən edilib. Belə ki, yararlılıq müddəti bitmiş məhsulların üzərindəki tarixlər silinərək, bəzi qablaşdırmalarda isə həmin hissənin kəsilib götürülərək üzərinə yeni istehsal tarixi və yararlılıq müddəti qeyd olunan stikerlərin yapışdırıldığı və ya xüsusi avadanlıqla yeni tarix qeyd olunaraq satışa təqdim edildiyi məlum olub.
Aşkar saxtalaşdırma əlamətləri olan məhsul partiyalarının satışının qarşısı alınıb və dövriyyədən çıxarılaraq müsadirə edilib.
Aşkar edilmiş qanun pozuntuları ilə bağlı qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək və hazırda fakt üzrə yoxlama prosesi davam etdirilir.
Oxşar xəbərlər
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş