Nəsimi rayonunda nöqsanlar aşkarlanan iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb
17 Oktyabr 2024 17:57
Qida Təhlükəsizliyi Agentliyi istehlak bazarına nəzarət məqsədilə qida obyektlərində müntəzəm olaraq monitorinqlər həyata keçirir.
Monitorinq zamanı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti və 28 May küçəsinin kəsişməsində yerləşən, fiziki şəxs Əliyeva Zenfira Əmir Əli qızına məxsus “Sarı Sünbül” iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi və bir sıra nöqsanlar məlum olub.
Belə ki, iaşə obyektində qida məhsullarının saxlanma rejiminə riayət edilmədiyi, təmizlik vasitələrinin emal sahəsində saxlandığı, soyuducu və dondurucu avadanlığın nasaz vəziyyətdə olduğu, soba və tavaların paslandığı və uzun müddət ərzində təmizlənmədiyi, qida məhsulları, avadanlıqlar və əllərin yuyulması prosesinin antisanitar vəziyyətdə olan birgözlü yuma çanağında həyata keçirildiyi, xəmirqarışdıran qurğunun və bişirmə sobalarının korroziyaya uğradığı, səthlərin asan yuyulub təmizlənə bilən materialla üzlənmədiyi, ağzıaçıq tullantı qabından istifadə edildiyi, kanalizasiya xətlərinin mərkəzləşdirilmiş kanalizasiya sisteminə qoşulmadığı, havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin fərdi mühafizə vasitələri və xüsusi iş geyimindən istifadə etmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərinin aparılmadığı və sair nöqsanlar müəyyən edilib, soyuducu və dondurucu avadanlıqlarda bir sıra mənşəyi məlum olmayan qida məhsulları aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb.
Oxşar xəbərlər
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
Beyləqanda məktəblilərin zəhərlənməsi faktı AQTA-nın nəzarətindədir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.
AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb. Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş