Nəzarət tədbirləri davam edir - İCMAL
2 Noyabr 2026 17:06
AQTA qida təhlükəsizliyi sahəsində həyata keçirilən nəzarət-yoxlama tədbirləri ilə bağlı növbəti icmalı təqdim edir.
Keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Biləsuvar və Sumqayıt rayonlarında fəaliyyət göstərən qida və iaşə obyektlərində sanitariya-gigiyena, işçi masalarda sanitariya tələblərinin pozulması, saxlanc sahələrində uyğunsuzluqlar və digər nöqsanlar aşkarlanıb. Müəyyən edilmiş pozuntularla bağlı qanunamüvafiq tədbirlər görülərək, nöqsanlar aradan qaldırılanadək məhdudiyyətlər tətbiq edilib.
Oxşar xəbərlər
AQTA qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə işlərini davam etdirir - VİDEO
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir. Maarifləndirmə tədbirləri ilə bağlı videoçarx hazırlanıb. Agentlik əhalini 300-dən çox bitki ilə qidalanaraq onların məhsuldarlığına əhəmiyyətli dərəcədə ziyan vuran zərərverici ilə mübarizədə fəal və diqqətli olmağa, müvafiq tədbirlər həyata keçirməyə çağırır. Qeyd edək ki, qəhvəyi mərmər bağacığının qışlama dövründə aşkar edilərək məhv edilməsi xüsusi əhəmiyyət daşıyır. Bu dövrdə mübarizə tədbirlərinin aparılması zərərvericinin sayının azaldılmasına və növbəti mövsümdə yayılmasının qarşısının alınmasına imkan verir. Daha ətraflı:
Sağlam arıqlama balanslı qidalanma və müntəzəm fiziki aktivlikdən asılıdır
Sosial şəbəkələrdə “möcüzəvi arıqlama” vəd edən məhsulların piyləri əritdiyinə və qalıcı nəticə verdiyinə dair iddiaların elmi əsası yoxdur. Belə vasitələrdən istifadə zamanı tərəzidə müşahidə olunan çəki azalması piy kütləsinin deyil, əsasən bədəndəki suyun və əzələ kütləsinin itirilməsi ilə bağlı ola bilər. AQTİ-nin Elmi Araşdırmalar Mərkəzinin müdir müavini, diyetoloq İlqar Şamilov bildirir ki, elmi sübutlarla təsdiqlənməyən bu məhsullar düzgün istifadə edilmədikdə sağlamlıq üçün ciddi risklər yarada bilər. Buna görə də qısa müddətdə arıqlama və ya orqanizmin tam təmizlənməsi vəd edən reklamlara aldanmaq olmaz. Bu cür məhsullardan istifadə etməzdən əvvəl onların tərkibi, istehsalçısı və təhlükəsizlik göstəriciləri mütləq yoxlanılmalıdır. Yalnız məşhurların tövsiyələrinə və sosial şəbəkələrdə paylaşılan “əvvəl və sonra” fotolarına inanaraq qərar vermək düzgün deyil. Arıqlama çayları sağlam həyat tərzini və fiziki aktivliyi əvəz etmir. Sağlamlığınızı qoruyun, sürətli nəticə naminə riskə getməyin!
Şabranda ət satışı məntəqəsində qida təhlükəsizliyi tələblərinin pozulduğu aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Şabran şəhəri, Mərkəzi Bazar ərazisində fəaliyyət göstərən, fiziki şəxs Mirzəyev Bəhmən Mirzəli oğluna məxsus ət satışı məntəqəsində plandankənar yoxlama keçirilib. Baxış zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub. Ət satışı məntəqəsinin qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi, sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl etmədiyi aşkarlanıb. Nöqsanlarla bağlı inzibati protokol tərtib edilib, satış məntəqəsində nöqsanlar aradan qaldırılanadək xidmətlərin göstərilməsi məhdudlaşdırılıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş