Nöqsanlar aşkarlanan dönərxanaların fəaliyyəti məhdudlaşdırılıb
6 İyun 2024 17:21
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Tovuz şəhəri, H.Əliyev prospekti, ev 3, mənzil 13 ünvanında fəaliyət göstərən “Dövran” və Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsi, ev 57 ünvanında fəaliyyət göstərən “Şirdan” ictimai iaşə müəssisəsində yoxlama keçirilib.
Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitar norma və qaydaların tələblərinin pozulması faktları aşkarlanıb. Belə ki, qida məhsullarının yuyulması üçün ayrıca yuyulma çanaqlarının təşkil edilmədiyi, qida ilə təmasda olan səthlərin, həmçinin döşəmə və divarların hamar, asan təmizlənmənin və müntəzəm dezinfeksiya işlərinin aparılmasının mümkünlüyünü təmin edən materiallarla üzlənmədiyi, qida obyektinin qanunvericiliyə uyğun olaraq yoxlamadan keçmiş ölçmə vasitələri ilə təchiz olunmadığı, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar müəyyən olunub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, müəssisələrin fəaliyyəti məhdudlaşdırılıb.
Oxşar xəbərlər
Taxıl sahələrində fitosanitar monitorinqlər aparılıb
Taxıl bitkilərinin mövcud fitosanitar vəziyyətinin qiymətləndirilməsi, zərərli orqanizmlərin erkən mərhələdə müəyyən edilməsi və yayılma risklərinin təhlili məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Şəki və Qax rayonlarının taxıl sahələrində monitorinqlər aparılıb. Monitorinqlər Milli Monitorinq Planına uyğun olaraq həyata keçirilib və bu il ilk dəfə olaraq taxıl sahələri də plana daxil edilib. Monitorinqlər zamanı sahələrdə bitkilərin inkişaf fazasına uyğun olaraq müşahidələr aparılıb. Xəstəlik və zərərverici əlamətləri müşahidə olunan bitkilərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Bəzi sahələrdə mövsümə uyğun xəstəliklər müşahidə olunsa da, karantin tətbiq edilən zərərli orqanizmlər qeydə alınmayıb. Həmçinin əkin sahələrində tətbiq edilən aqrotexniki tədbirlərin effektivliyi qiymətləndirilib. Təsərrüfat subyektləri ilə aparılan müzakirələr zamanı düzgün becərmə texnologiyaları, növbəli əkin sisteminin tətbiqi və inteqrir mübarizə üsullarının əhəmiyyəti barədə ətraflı məlumat verilib. Əkin sahələrində fitosanitar vəziyyətin stabilliyinin təmin edilməsi məqsədilə monitorinqlərin mərhələli şəkildə davam etdirilməsi planlaşdırılır.
“Erkən kəsimə son!” maarifləndirmə kampaniyası davam edir – Video
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə erkən yaşda heyvan kəsiminin qarşısının alınması istiqamətində “Erkən kəsimə son!” maarifləndirmə kampaniyasını davam etdirir. Həkim-nutrisioloq Emil Hidayətli də kampaniyaya qoşularaq vətəndaşlara çağırış edib. Onun sözlərinə görə, quzu ətinin yumşaqlığının əsas səbəbi tərkibində kollagenin olmamasıdır. Yetişmiş qoyun əti isə kollagenlə daha zəngindir. Kollagen bizim əzələlərimiz, oynaqlarımız, bağlar, vətərlər, bağırsaq divarı, dəri üçün mühümdür. Emil Hidayətli qeyd edib ki, ətin bioloji və qida dəyəri içində yağın da böyük önəmi var: “Quzuda isə yağ azdır. Amma bizim orqanizm üçün mütləq doymuş, faydalı yağlar lazımdır. Yetişmiş ət, qoyun əti yeməklə biz faydalı yağı ala bilirik”. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:
Biləsuvar rayonunda qanunsuz at kəsimi və satışının qarşısı alınıb
Qida Təhlükəsizliyi Agentliyinin Şirvan-Salyan regional bölməsinin müfəttişləri Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə aparılan reyd zamanı 77 XB 918 dövlət qeydiyyat nişanlı “Toyota Corolla” markalı avtomobilə baxış keçirib. Yoxlama zamanı antisanitar şəraitdə polietilen kisələrdə saxlanılan 205 kq sümüksüz at əti aşkarlanıb. Araşdırma zamanı at ətinin Biləsuvar rayonunun Bəydili kənd sakini Əzizov Məlik Sabir oğluna məxsus olduğu müəyyən edilib. Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub, at əti saxlanca verilib. Araşdırmalar davam etdirilir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş