“Oliqarx Baku” restoranında nöqsanlar aşkarlanıb
26 Sentyabr 2025 17:45
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 3, mənzil 5A ünvanında fəaliyyət göstərən fiziki şəxs Rzalı Arzu Cəfər oğluna məxsus “Oliqarx Baku” ictimai iaşə müəssisəsində plandankənar yoxlama keçirib.
Baxış zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, isti yeməklərin və soyuq qəlyanaltıların hazırlanmasının eyni sahədə həyata keçirildiyi, havalandırma sisteminin quraşdırılmadığı və işçilərin tibbi müayinədən keçirilmədiyi müəyyən olunub.
Bundan başqa, müəssisədə üzərində saxtakarlıq əlamətləri olan alkoqollu içkilər aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib. İstehlaka yararsız məhsullar dövriyyədən çıxarılaraq müvafiq sınaq laboratoriyasına təqdim edilib.
Oxşar xəbərlər
Ərzaq bazarlarında monitorinqlər davam edir - VİDEO
AQTA ərzaq bazarlarında nəzarət tədbirlərini davam etdirir. Növbəti monitorinqlər Saatlı, Lənkəran və Şəki rayonlarında yerləşən ərzaq bazarlarında aparılıb. Baxış zamanı bir sıra nöqsanlar aşkarlanıb. Yüksəkriskli qida məhsullarının, xüsusilə ət və süd məhsullarının etiket məlumatları və baytarlıq sənədi olmadan satışa çıxarıldığı müəyyən edilib. Bəzi piştaxtalarda qidaların üstüaçıq şəkildə, toz və digər çirklənmə risklərinə məruz qalaraq satıldığı müşahidə edilib. Aşkar edilən uyğunsuzluqlarla bağlı bazar rəhbərliyinə icrası məcburi göstərişlər verilib, qanunvericiliyin tələbləri izah edilib. Bazarlarda antisanitar şəraitdə satışa çıxarılan ət, süd, balıq və digər yüksəkriskli məhsulların istehlakı insan həyat və sağlamlığı üçün təhlükə yaradır. Mənşəyi şübhə doğuran bu məhsulların istehlakı tövsiyə edilmir. Bazar rəhbərləri fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmalı, sağlamlaşdırma tədbirləri icra etməlidirlər. Ərzaq bazarlarında aparılan növbəti monitorinqlərlə bağlı daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:
Yasamalda “Express Lounge” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 202A ünvanında yerləşən, fiziki şəxs Ağayev Fərid Qabil oğluna məxsus “Express Lounge” ictimai iaşə obyektində yoxlama keçirib. Baxış zamanı ictimai iaşə obyektinin qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu aşkarlanıb. Həmçinin yararlılıq müddəti bitmiş qida məhsullarının istehlaka təqdim edildiyi müəyyən olunub. Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək işlərin görülməsi və xidmətlərin göstərilməsinə dair məhdudlaşdırıcı qərar qəbul olunub, icrası məcburi göstərişlər verilib. İstehlaka hazır qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Masallının Qızılağac kəndində marketdə saxta alkoqollu içkilər aşkarlanıb
Masallı rayonunun Qızılağac kəndində fəaliyyət göstərən, Abbasov Zakir Ramazan oğluna məxsus marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş