Ölkəmizə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri davam etdirilir
2 Sentyabr 2024 17:49
Respublikamıza Rusiya, Türkiyə, Ukrayna, Belarus, Çin, İran, Hindistan və digər dövlətlər daxil olmaqla, 44 ölkədən balıq və digər dəniz məhsulları, 26 ölkədən ev quşlarının əti, 23 ölkədən iribuynuzlu heyvanların əti, 20 ölkədən donuz əti idxal olunur. Təbii ki, idxal prosesi qida təhlükəsizliyi sahəsində qanunvericiliyə uyğun şəkildə tənzimlənir. Bu xüsusda cari ilin yanvar-iyul ayları ərzində respublikamıza xaricdən 21267 ton ev quşlarının əti, 7229 ton iribuynuzlu heyvanların əti, 6870 ton balıq və digər dəniz məhsulları, 2070 ton donuz əti idxal edilib. Ötən ilin eyni dövründə isə göstəricilər müvafiq olaraq, 18050, 3866, 5803, 2367 olub. Göründüyü kimi, statistik göstəricilər cari ildə keçən ilin müvafiq dövrü ilə müqayisədə respublikamıza ev quşlarının ətinin 18 %, iribuynuzlu heyvanların ətinin 87 %, balıq və digər dəniz məhsullarının 18 % çox idxal edildiyini göstərir.
Bununla yanaşı, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərinin təsdiqi prosesi də davam etdirilir. Ümumilikdə, bu günədək 1221 belə müəssisə təsdiqlənib. Eləcə də 2024-cü il üzrə Rusiyanın 222 balıq, 49 heyvan əti, 42 quş əti, Türkiyənin 53 balıq və 9 heyvan əti, Belarusun isə 2 balıq müəssisəsinin ekvivalentliyi tanınıb və dövlət reyestrinə daxil edilib. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilməkdədir.
Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, ölkə ərazisinə yüksək risk qrupuna aid qida və yem məhsullarının idxalı üçün həmin məhsulların istehsal olunduğu xarici obyektlər AQTA tərəfindən təsdiqlənməlidir. Bununla bağlı qida subyektləri və ya onların səlahiyyətli nümayəndələri Agentliyə müraciət etməlidirlər. Müraciət əsasında həmin obyektlərin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilir. Qiymətləndirmənin nəticəsinə uyğun olaraq, obyekt təsdiq edilir və ya təsdiqdən imtina olunur.
AQTA bir daha bildirir ki, əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması məqsədilə qida sahəsində idxal-ixrac əməliyyatları zamanı qida təhlükəsizliyi tələblərinin və istehlakçı hüquqlarının qorunması ilə bağlı zəruri tədbirlər davam etdiriləcəkdir.
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş