Ölkəmizə məhsulları idxal olunan 1221 xarici qida obyekti reyestrə daxil edilib
6 Sentyabr 2024 15:47
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) xarici ölkələrdə fəaliyyət göstərən yüksək risk qrupuna aid qida və yem məhsulları istehsal olunan müəssisələrin reyestrə daxil edilməsi prosesini davam etdirir.
Proses çərçivəsində 2023-cü ilin 1 yanvar tarixindən indiyədək 33 ölkə üzrə 1221 müəssisə reyestrə daxil edilib. Bunlardan 368-i süd və süd məhsulları, 357-si balıq məhsulları, 171-i ət və ət məhsulları, 161-i yem və yem məhsulları, 100-ü quş əti, 64-ü digər heyvan mənşəli məhsullar istehsal edən müəssisələrdir. Bu obyektlərdən süd və süd məhsulları üzrə 192, ət və ət məhsulları üzrə 86, balıq məhsulları üzrə 82, quş əti üzrə 49, yem və yem əlavələri üzrə 39 olmaqla, 448-i təsdiq edilib. Balıq məhsulları üzrə 275, süd və süd məhsulları üzrə 176, yem və yem əlavələri üzrə 122, ət və ət məhsulları üzrə 85, quş əti üzrə 51, heyvan mənşəli digər məhsullar üzrə 64 olmaqla, 773 müəssisənin ekvivalentliyi tanınıb.
Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, ölkə ərazisinə yüksək risk qrupuna aid qida və yem məhsullarının idxalı üçün həmin məhsulların istehsal olunduğu xarici obyektlər AQTA tərəfindən müvafiq reyestrə daxil edilməlidir. Bununla bağlı həmin qida subyektləri və ya onların səlahiyyətli nümayəndələri Agentliyə müraciət etməlidirlər. Müraciət əsasında həmin obyektlərin (fiziki və ya onlayn formatda yoxlama əsasında) qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilir. Qiymətləndirmənin nəticəsinə uyğun olaraq, obyekt təsdiq edilir və ya təsdiqdən imtina olunur.
AQTA tərəfindən reyestrə daxil edilən yüksək risk qrupuna aid qida və yem məhsullarının istehsal olunduğu xarici qida obyektlərinin sayı və yerləşdiyi ölkələrlə aşağıdakı cədvəl vasitəsilə tanış ola bilərsiniz:
|
Ölkələr |
Ət və ət məhsulları |
Quş əti |
Süd və süd məhsulları |
Yem və yem əlavələri |
Balıq məhsulları |
Heyvan mənşəli digər məhsullar |
Cəmi |
|
Almaniya |
2 |
2 |
3 |
1 |
|
8 |
|
|
Argentina |
1 |
|
1 |
||||
|
Belarus |
7 |
8 |
49 |
1 |
4 |
1 |
70 |
|
Belçika |
1 |
|
1 |
||||
|
Bolqarıstan |
1 |
1 |
1 |
|
3 |
||
|
Braziliya |
5 |
1 |
|
6 |
|||
|
C.Koreya |
1 |
|
1 |
||||
|
Çexiya |
1 |
|
1 |
||||
|
Çin |
1 |
1 |
15 |
|
17 |
||
|
Danimarka |
2 |
|
2 |
||||
|
Fransa |
5 |
1 |
|
6 |
|||
|
Gürcüstan |
1 |
2 |
2 |
3 |
|
8 |
|
|
Hindistan |
7 |
4 |
|
11 |
|||
|
İordaniya |
1 |
|
1 |
||||
|
İran |
4 |
1 |
30 |
1 |
7 |
|
43 |
|
İslandiya |
2 |
|
2 |
||||
|
İsrail |
1 |
|
1 |
||||
|
İtaliya |
2 |
|
2 |
||||
|
Latviya |
1 |
|
1 |
||||
|
Litva |
1 |
1 |
7 |
|
9 |
||
|
Macarıstan |
1 |
|
1 |
||||
|
Moldova |
1 |
|
1 |
||||
|
Monqolustan |
5 |
|
5 |
||||
|
Özbəkistan |
1 |
|
1 |
||||
|
Polşa |
1 |
4 |
2 |
3 |
|
10 |
|
|
Qazaxıstan |
1 |
4 |
|
5 |
|||
|
Rusiya |
93 |
68 |
162 |
124 |
247 |
63 |
757 |
|
Tailand |
1 |
2 |
|
3 |
|||
|
Türkiyə |
29 |
6 |
75 |
19 |
60 |
|
189 |
|
Türkmənistan |
1 |
|
1 |
||||
|
Ukrayna |
15 |
7 |
18 |
2 |
3 |
|
45 |
|
Vyetnam |
4 |
|
4 |
||||
|
Yeni Zellandiya |
5 |
|
5 |
||||
|
Cəmi |
171 |
100 |
368 |
161 |
357 |
64 |
1221 |
Qeyd edək ki, hazırda bu istiqamətdə tədbirlər davam etdirilməkdədir. Xarici ölkələrdə fəaliyyət göstərən ölkəmizə yüksək risk qrupuna aid qida və yem məhsulları idxal edən subyektlər və ya onların nümayəndələri bununla bağlı qeydiyyata alınaraq reyestrə daxil olmaq üçün AQTA-ya müraciət edə bilərlər.
Oxşar xəbərlər
Heyvanların daşınması ilə bağlı yeni tələblər müəyyən edilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan heyvanların sağlamlığının qorunması, yoluxucu xəstəliklərin yayılma riskinin azaldılması və heyvan rifahının yaxşılaşdırılması məqsədilə daşınma şərtlərinə dair yeni tələblər müəyyən edib. Qərara əsasən, 2027-ci il yanvarın 1-dən etibarən ölkəyə idxal olunan heyvanların daşınması yalnız Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nin tələblərinə cavab verən ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə həyata keçiriləcək. Keçid dövrü çərçivəsində, 2027-ci il yanvarın 1-dək heyvanların uyğunlaşdırılmış nəqliyyat vasitələrində bir mərtəbədə daşınmasına icazə veriləcək. Maksimum yüklənmə norması iribuynuzlu heyvanlar üçün 60, xırdabuynuzlu heyvanlar üçün isə 150 baş müəyyən olunub. Yeni tələblər heyvanların təhlükəsiz və rifah standartlarına uyğun daşınmasını, həmçinin sərhəd baytarlıq nəzarətinin effektivliyinin artırılmasını hədəfləyir. AQTA sahibkarları müəyyən edilmiş keçid dövründə fəaliyyətlərini yeni qaydalara uyğunlaşdırmağa çağırır.
Energetik içkilər adi sərinləşdirici içki deyil: İstehlakçılar nələrə diqqət etməlidir?
Son illər energetik içkilərin istehlakı, xüsusilə də gənclər arasında nəzərəçarpacaq dərəcədə artıb. İsti hava şəraitində bəzi insanlar bu məhsulları sərinləşdirici içki kimi qəbul etsələr də, energetik içkilər tərkibi və təsirinə görə adi sərinləşdirici içkilərdən fərqlənir. Bu cür məhsulların tərkibində kofein, taurin, quarana, jenşen, inozitol, B qrupu vitaminləri, qlükoronolakton və digər bitki mənşəli komponentlər mövcud ola bilər. Mövcud tələblərə əsasən energetik içkilərin 18 yaşdan aşağı şəxslərə satışı qadağandır. Həmçinin bu məhsulların alkoqollu içkilərlə birlikdə və ya qarışdırılaraq istifadəsi tövsiyə edilmir. Energetik içkilərin yaşlı şəxslər, hamilə və süd verən qadınlar, eləcə də diabet, ürək-damar sistemi xəstəlikləri, böyrək çatışmazlığı, hipertoniya, sinir oyanıqlığı, yuxusuzluq və metabolizm pozuntuları olan insanlar tərəfindən istifadəsi məsləhət görülmür. Energetik içkilərin gündəlik istehlak həcminin 500 millilitrdən artıq olmaması tövsiyə olunur. Bundan əlavə, bu məhsulların idman və digər intensiv fiziki fəaliyyətlərdən əvvəl, fəaliyyət zamanı və sonra istifadəsi məqsədəuyğun hesab edilmir. Qanunvericiliyə uyğun olaraq energetik içkilərin etiketində mütləq şəkildə “Energetik içki” ifadəsi yazılmalıdır. Ətraflı:
Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəmizdə xırdabuynuzlu heyvanların taunu, atların və donuzların Afrika taunu, eləcə də quş qripi xəstəlikləri üzrə azad statusun qorunub saxlanılması, habelə dabaq və quduzluq kimi transsərhəd heyvan xəstəlikləri üzrə epizootoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə mütəmadi monitorinqlər aparılır və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına hesabatlar təqdim edilir. Bu tədbirlər çərçivəsində 6-10 iyul tarixlərində respublikanın bir neçə şəhər və rayonlarını əhatə edən ovçuluq təsərrüfatları, milli parklar, dövlət təbiət qoruqları və yasaqlıqlarda bu xəstəliklərə həssas vəhşi heyvanlar üzrə monitorinqlər aparılacaq. Monitorinq zamanı ərazilərdə müşahidələr aparılacaq, xəstə və ya tələf olmuş heyvanlara rast gəlinərsə, onlardan diaqnostik nümunələr götürüləcək. Eyni zamanda, müşahidə aparılacaq ərazilər barədə epizootoloji məlumatlar “Epicollect 5” proqramına daxil olunacaq. Monitorinqdə AQTA, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rayon (şəhər) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları iştirak edəcək.
Giriş