Ölkəmizə qida və yem məhsullarının, qida məhsulları ilə təmasda olan material və məmulatların idxalı ilə bağlı qaydalar təsdiq olunub
11 Dekabr 2023 16:05
“Azərbaycan Respublikasının gömrük ərazisinə qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların idxalı qaydası, həmin məhsul, material və məmulatlar gömrük ərazisinə gətirilməzdən əvvəl göndərilən elektron bildirişin forması və təqdim edilmə müddətləri, qida və yem məhsullarının tranzit daşıması Qaydası” təsdiq olunub. Bununla bağlı Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qərar imzalayıb. Eyni zamanda həmin Qərarla “Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün təhlükəsizliyini təsdiq edən müvafiq sənədlə müşayiət edilməli olan qida və yem məhsullarının Siyahısı” təsdiq edilib və “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli Qərarı isə ləğv edilib.
Yeni Qərarın məqsədi Azərbaycan Respublikasına gətirilən, həmçinin ölkə ərazisindən tranzitlə daşınan qida təhlükəsizliyi nəzarətinə aid edilən məhsullara qida təhlükəsizliyi baxımından nəzarətin təmin edilməsi yolu ilə insanların və heyvanların həyat və sağlamlığının qorunmasını və istehlakçıların hüquqlarının müdafiəsini təmin etməkdir. Ölkənin gömrük ərazisinə idxal olunmuş qida təhlükəsizliyi nəzarətinə aid edilən məhsulların təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən risklərin qiymətləndirilməsi nəticələri əsasında dövlət nəzarəti tədbirləri bu Qaydaya uyğun həyata keçirilir.
Müvafiq Qaydada qida təhlükəsizliyi nəzarətinə aid edilən məhsulların idxalına dair tələblər, həmçinin qida təhlükəsizliyi nəzarətinə aid edilən məhsullar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron bildirişin göndərilməsi, idxal sağlamlıq aktının alınması üçün müraciət, idxal olunan məhsullar üzərində dövlət nəzarəti, sənəd nəzarəti, eynilik və fiziki nəzarət, risk səviyyəsindən asılı olaraq eynilik və fiziki nəzarət dövriliyinin müəyyənləşdirilməsi, qida və yem məhsullarının tranzit daşıması, idxal olunmuş məhsullara nəzarət tədbirlərinin nəticələri öz əksini tapıb.
Həmin qərara əsasən, məhsullar avtomobil, dəniz və dəmir yolu ilə gətirildikdə nəqliyyat vasitəsinin Azərbaycan Respublikasının gömrük ərazisinə çatmasından ən azı 24 saat əvvəl, hava yolu ilə gətirildikdə isə nəqliyyat vasitəsinin ixracatçı ölkənin hava limanından yola düşməsindən ən azı 12 saat əvvəl elektron bildiriş göndərilməlidir.
Sənədə qida və yem məhsulları, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlar gömrük ərazisinə gətirilməzdən əvvəl göndərilən elektron bildiriş, Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunmuş qida və yem məhsulları, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara dair sağlamlıq aktı və qida təhlükəsizliyi nəzarətinə aid edilən məhsulların risk balı üzrə Təsnifatı formaları əlavə olunub.
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş