Pandemiya dövründə ictimai iaşə müəssisələri necə fəaliyyət göstərəcək?
11 Avqust 2020 13:55
İnsanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrində bir sıra qaydalara əməl olunmalıdır.
- Hər bir şəxs ictimai iaşə müəssisələrinə daxil olarkən pandemiya şəraitinin tələblərinə mütləq əməl etməli, eyni zamanda həmin müəssisədə bu qaydalara əməl olunması üçün ictimai nəzarətin təmin olunmasında iştirak etməlidir.
- İctimai iaşə müəssisələrinə müştəri qəbulu 2 dəfə azaldılmalı və adambaşına müəyyən edilən sahə 2 qat artırılmalıdır.
- Qida qəbulu zallarında, otaqlarda və açıq məkanlarda masalararası məsafə 2 metr, masalar arxasındakı oturacaqlar arasındakı məsafə isə 1 metrdən az olmamalıdır.
- Bu cür məkanlarda mütəmadi dezinfeksiya işləri aparılmalı, hər bir masada dezinfeksiyaedici məhlulların yerləşdirilməsi təmin olunmalıdır. Qida qəbulu zallarında, otaqlarda və açıq məkanlarda sərinkeşlərdən (ventilyatorlardan) istifadə olunmamalı, təmizlik-dezinfeksiya işləri iş saatı ərzində əsasən işlək sahələrdə (giriş-çıxış, kassa və s.), iş saatından sonra isə bütün sahələrdə həyata keçirilməlidir.
- Müəssisə təmizlik vasitələri, dezinfeksiyaedici maddələrlə, axar isti və soyuq su təchizatı ilə daimi olaraq təmin edilməlidir. Sanitar məişət otaqlarının (sanitar qovşaq, soyunub geyinmə otağı və s.) işlək və təmiz vəziyyətdə saxlanması şərtdir.
- İşçi heyət hər zaman şəxsi gigiyena qaydalarına ciddi riayət etməlidir. Həmçinin onların dəyişəkli təmiz iş geyimi olmalıdır. Gün ərzində bir çox insanla təmasda olduqlarından qoruyucu vasitələrlə və dezinfeksiyaedici məhlulla təmin olunmalıdırlar.
- Məhsulların, mətbəxdə istifadə olunan əşya və avadanlıqların istifadədən əvvəl təmizliyinə diqqət edilməlidir.
- Yeməklər hazırlanarkən termiki emala düzgün əməl olunmalıdır.
Koronavirus pandemiyası dövründə özümüzün və yaxınlarımızın sağlamlığı üçün qaydalara əməl edək!
Oxşar xəbərlər
İstifadəyə yararsız pestisidlər dövriyyədən çıxarılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şirvan-Salyan regional bölməsinin əməkdaşları Salyan rayonu, Qarabağlı kəndində fəaliyyət göstərən, fiziki şəxs Baloğlanov Asif Balasəf oğluna məxsus bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satışı mağazasında nəzarət tədbiri keçirib. Ticarət obyektində istehsal və son istifadə müddəti qeyd olunmayan, qeydiyyata alınmayan, istifadəsi qadağan olunmuş və müddəti bitmiş məhsullar aşkarlanıb. Həmçinin obyektdə sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib, istifadəyə yararsız “Lamd-il-T 5 EC”, “Lambd-il-T 5 EC” və “Alfatoks 100 EC” əmtəə nişanlı insektisid, “Fundazol Plus 50%”, “Alfostar 80% WP” və “Thiram Forte 80% WP” əmtəə nişanlı fungisid məhsullarının dövriyyədən çıxarılmasına dair qərar qəbul edilib.
Xaçmazda pestisid və aqrokimyəvi maddələrin dövriyyəsinə nəzarət tədbirləri keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Quba-Xaçmaz regional bölməsinin əməkdaşları tərəfindən Xaçmaz rayonunun Nərəcan, Çinartala, Pirquluoba və Əhmədoba kəndlərində, eləcə də Yeni Həyat qəsəbəsində bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin saxlanma anbarlarında və satış obyektlərində monitorinqlər aparılıb. Monitorinqlər zamanı preparatlar saxlanma və satış şəraiti, sanitariya-gigiyena və təhlükəsizlik tələblərinə uyğunluğu, dövlət qeydiyyatı, etiketlənməsi, keyfiyyət göstəriciləri və yararlılıq müddətləri yoxlanılıb. Baxış zamanı bəzi obyektlərdə hermetikliyi pozulmuş və istifadə müddəti bitmiş məhsullar aşkar edilib. Həmin preparatların satışının qarşısı alınıb və qanunvericiliyə uyğun digər zəruri tədbirlər görülüb. Həmçinin sahibkarlıq subyektlərinə uyğunsuzluqların aradan qaldırılması məqsədilə icrası məcburi göstərişlər verilib.
AQTA yanında Məşvərət Şurasının üzvü pestisidlərin təhlükəsiz istifadəsi ilə bağlı vacib məqamlara diqqət çəkib - VİDEO
Pestisidlərin, aqrokimyəvi maddələrin və gübrələrin keyfiyyətinin qorunması, eləcə də onların təhlükəsizliyinin təmin edilməsi üçün düzgün saxlanılması və elmi əsaslara uyğun tətbiqi mühüm əhəmiyyət daşıyır. Bu məhsullar istehsalçının müəyyən etdiyi temperatur və rütubət şəraitində, müvafiq tələblərə cavab verən xüsusi anbarlarda və orijinal qablaşdırmalarında saxlanılmalıdır. Bu fikirləri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi yanında Məşvərət Şurasının üzvü, Azərbaycan Gübrə İstehsalçıları və İdxalatçıları Assosiasiyasının üzvü Mehmet Manavoğlu bildirib. Onun sözlərinə görə, saxlanma və tətbiq qaydalarına düzgün riayət edilməsi aqrokimyəvi məhsulların keyfiyyətinin qorunmasına, insan sağlamlığına və ətraf mühitə yarana biləcək risklərin minimuma endirilməsinə xidmət edir. Ətraflı:
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş