“Peşəkarlarla görüş” saatında heyvan xəstəlikləri ilə mübarizə tədbirləri müzakirə olunub
24 Aprel 2021 13:22
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) “SOVQAT” layihəsi çərçivəsində “Peşəkarlarla görüş” saatı davam edir. Budəfəki “Peşəkarlarla görüş” saatında “Quş qripi və nyukasl xəstəliyinə qarşı mübarizə tədbirləri” mövzusu müzakirə olunub.
Videobağlantı formatda keçirilən görüşdə quş qripi və nyukasl xəstəliyinin xüsusiyyətindən, təhlükəlilik dərəcəsindən və iqtisadi zərərindən bəhs olunub. Quş qripinin müxtəlif növ quşların və heyvanların kəskin gedişli kontagioz xəstəlik olduğu bir daha diqqətə çatdırılıb. Bildirilib ki, xəstəlik respirator orqanların, mədə-bağırsaq traktının zədələnməsi, eləcə də quşlar arasında yüksək tələfat və iqtisadi zərər ilə nəticələnir. Yüksək patogenli quş qripi dünyada bir çox ev və çöl quşları arasında (toyuq, ördək, hind quşu, sərçə, qarğa, göyərçin, çöl ördəyi, qırqovul, kəklik və s.) qeydə alındığı üçün xəstə quşların sənaye və ya ev şəraitində kəsimi, eləcə də çöl quşlarının ovlanması zamanı insanların virusa yoluxma təhlükəsi böyük olur. Ev quşlarının yoluxması da xəstə çöl quşları ilə yaranan birbaşa təmas, həmçinin onların ifrazatları ilə çirklənmiş ətraf mühitdən qaynaqlanır. Sənaye tipli quşçuluq təsərrüfatlarında xəstəliyin baş verməsində yem, quşlara xidmət alətləri və avadanlıqlar, eləcə də nəqliyyat vasitələrinin törədici ilə çirklənməsinin rolu böyükdür.
Görüş iştirakçıları quşların digər yüksək kontagioz virus xəstəliyi olan nyukasl xəstəliyi barədə də məlumatlandırılıb. Bildirilib ki, xəstəlik respirator və visseral orqanların, mərkəzi sinir sisteminin zədələnməsi və yüksək tələfat verməsi ilə səciyyələnir. Xəstəliyə toyuq, firəng quşu, hind quşu, qırqovul, kəklik və tovuz quşu həssasdır. Nyukasl xəstəliyinə qarşı quşları qorumaq üçün əsas tədbir olaraq peyvəndləmənin zəruriliyi qeyd edilib.
Görüşdə əlverişli və sağlam biznes mühitinin formalaşdırılması məqsədilə sahibkarlıq subyektlərinə dəstək olaraq icrasına başlanılmış SOVQAT layihəsinin üstünlüklərindən də danışıb. Qeyd edib ki, SOVQAT – Sahibkarlıq Obyektlərinə Vahid Qida Anlayışının Tətbiqi layihəsinin məqsədi qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları) daxil olmaqla qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarların yeni qida təhlükəsizliyi sisteminə inteqrasiyasını təmin etməkdən ibarətdir.
İnteraktiv formada keçirilmiş görüşün sonunda quşçuluq təsərrüfatı sahiblərini, orada çalışanları maraqlandıran müxtəlif suallar AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyasının mütəxəssisləri tərəfindən cavablandırılıb.
Oxşar xəbərlər
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
Beyləqanda məktəblilərin zəhərlənməsi faktı AQTA-nın nəzarətindədir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.
AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb. Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş