Pestisid və gübrə idxalçıları ilə görüş keçirilib
9 Sentyabr 2025 14:58
Bakıda “Bitki mühafizə vasitələri, aqrokimyəvi maddələr, o cümlədən davamlı üzvi çirkləndiricilərin beynəlxalq ticarəti” mövzusunda maarifləndirici seminar keçirilib. Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri, pestisid və aqrokimyəvi maddə idxalçıları iştirak edib.
Seminarda “Bitki sağlamlığı haqqında” yeni qanun layihəsində bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrlə bağlı nəzərdə tutulan dəyişikliklər barədə ətraflı məlumat verilib. Layihədə nəzərdə tutulan yeniliklərin idxal proseslərinə tətbiqi, beynəlxalq ticarətdə mövcud tənzimləmələr və bu sahədə şəffaflığın artırılmasına dair izahlar edilib.
Sonda müzakirələr aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Oxşar xəbərlər
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər - VİDEO
Baytarlıq müayinəsindən keçməmiş, xəstə və ya xəstəlik şübhəsi olan heyvanların kəsilərək ətinin istehlaka təqdim edilməsi insan sağlamlığı üçün ciddi risklər yaradır. Belə heyvanlardan insanlara bruselyoz, qarayara, vərəm və digər zoonoz xəstəliklər keçə bilər.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş