“Ekspert Şurası” və “İnventarlaşdırma Komissiyası”nın 50-ci iclası keçirilib
13 Aprel 2023 10:27
2023-cü ilin 4 aprel tarixində “Preparatların sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi barədə Ekspert Şurası”nın və “İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin zərərsizləşdirilməsi və məhv edilməsinə dair İnventarlaşdırma Komissiyası”nın 50-ci iclası keçirilib.
Agentliyin inzibati binasında keçirilən tədbirdə elmi-tədqiqat institutlarında sınaqları aparılmış preparatlarla bağlı məlumatlar təhlil edilib, yeni preparatlar üzrə sınaqların aparılmasına dair müraciətlər araşdırılıb. Preparatların sınağı və tətbiqi zamanı əldə olunan müsbət nəticələrə əsasən, ilk dəfə qeydiyyata alınan 15 adda aqrokimyəvi maddə və 15 adda pestisid, təkrar qeydiyyata alınan 5 adda aqrokimyəvi maddə və 33 adda pestisid olmaqla, ümumilikdə 68 adda preparatın dövlət qeydiyyatına alınması, sənədlərinin ekspertizası nəticəsində müsbət rəy bildirilən 4 adda aqrokimyəvi maddə, 17 adda pestisid və 3 adda feromon tələ olmaqla, toplam 24 adda preparatın (siyahısı əlavə olunur) 3 mərhələdən ibarət dövlət sınağının (laboratoriya şəraitində analizi, tarla və istehsalat sınağı) aparılması barədə qərar qəbul olunub.
İşçi qrup tərəfindən verilən rəylərə əsasən, dövlət sınağının aparılması üçün müraciət edilmiş 28 adda (16 adda aqrokimyəvi maddə və 12 adda pestisid), təkrar qeydiyyat üçün 62 adda (12 adda aqrokimyəvi maddə, 50 adda pestisid), ilkin qeydiyyat üçün 4 adda (4 adda aqrokimyəvi maddə) bitki mühafizə vasitəsi və aqrokimyəvi maddələrə məxsus sənədlər toplusunda uyğunsuzluq aşkar edildiyindən onların dövlət sınağına göndərilməsi, ilkin və təkrar qeydiyyata alınması məqsədəuyğun hesab edilməyib. Həmçinin təkrar qeydiyyat üçün 2 adda (pestisid) preparatın təsiredici maddəsi Agentlik Kollegiyası tərəfindən təsdiqlənmiş 238 adda qadağa siyahısına aid olduğuna görə, onların təkrar qeydiyyata alınması məqbul hesab olunub. Bütün bunları nəzərə alaraq, Ekspert Şurasının üzvləri tərəfindən 93 adda preparatla (siyahısı əlavə olunur) bağlı imtina qərarı verilib.
Bundan başqa, pestisid və aqrokimyəvi maddələrin saxlanc və satış yerlərində həyata keçirilən monitorinqlər, yoxlamalar zamanı aşkar edilən, o cümlədən fərdi müraciətlə bəyan olunan vaxtı keçmiş 28 adda (21 adda pestisid, 7 adda aqrokimyəvi maddə) preparatın (19,79 L/kq) qanunvericiliyə uyğun olaraq zərərsizləşdirilməsi barədə İnventarlaşdırma Komissiyasının üzvləri tərəfindən müvafiq qərar qəbul edilib.
Qeyd edək ki, son illər ölkəmizdə bitki mühafizə vasitələri (pestisidlərin və bioloji preparatların) və aqrokimyəvi maddələrin istehsalı, idxalı, ixracı, saxlanılması və satışı sahəsində nəzarət tədbirləri daha da təkmilləşdirilib. Sahibkarlıq subyektlərinə yalnız adları dövlət qeydiyyatına alınaraq istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilən, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan, müvafiq qaydada qablaşdırılmış və etiketləşdirilmiş pestisidlərin, aqrokimyəvi maddələrin idxalına icazə verilir.
Dövlət qeydiyyatına alınmış və dövlət sınağının aparılması barədə qərar qəbul edilmiş preparatların siyahısı aşağıdakı kimidir.
Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi üzrə Ekspert Şurası tərəfindən fiziki və hüquqi şəxslərin müraciətləri əsasında dövlət qeydiyyatına alınması və dövlət sınağının aparılması barədə qərar qəbul edilmiş preparatların
S İ Y A H I S I
I. İlk dəfə qeydiyyata alınan aqrokimyəvi maddələr
"Epidbiomed" MMC-nin müraciətinə əsasən Çin Xalq Respublikasının “Humica Weihai International Co., Ltd” MMC şirkətinin istehsalı olan
1. Humate 85 %
“EMA” QSC-nin müraciətinə əsasən Niderland Krallığının “Everris İnternational B.V” şirkətinin istehsalı olan
2. Osmocote 5 16-8-12+2.2MgO+TE,12-14M
3. Osmocote 5 16-8-12+2.2MgO+TE, 8-9 M
4. Osmocote 5 16-8-12+2.2MgO+TE, 5-6 M
5. Osmocote Topdress 22-5-6+2MgO+TE, 4-5 M
6. Osmocote Topdress 19-6-11+2MgO+0.5 Fe, 5-6 M
“BİOFİX” MMC-nin müraciətinə əsasən Azərbaycan Respublikasının “BİOFİX MMC” şirkətinin istehsalı olan
7. Amino Plus
8. Humifix
“Caspinagro” MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “Doğatech Araştırma Geliştirme Anonim Şirketi” şirkətinin istehsalı olan
9. Doğatech Basic 14-14-17+(25SO3)
10. Doğatech Basic 18-18-5+(32SO3)
11. Doğatech Solarex
12. Doğatech Stable N-21
“Uni Agro Azerbaijan” MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “Fipa Fidancılık Ekolojik Tarım Proje Danışmanlık San. ve. Tic. Ltd. Şti” şirkətinin istehsalı olan
13. Meteor
“Dost Aqro” MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “Elytra Tarım San. Ve Tic. LTD Şti.” şirkətinin istehsalı olan
14. Ely-Copper
15. Elytra Soil 40
II. İlk dəfə qeydiyyata alınan pestisidlər
Fiziki şəxs Zəkiyev Kamil Əziz Ağa oğlunun müraciətinə əsasən Türkiyə Respublikasının “Clone Kimya Tarım Sanayi ve Tic. Ltd. Şti” şirkətinin istehsalı olan
16. Greenkiller (SL)
17. Judwa 5 EC
Fiziki şəxs Nəbiyev Elnur Knyaz oğlunun müraciətinə əsasən Türkiyə Respublikasının “Royal-Fen Kimya Tarım İthalat İhr. San. Ve Tİc. Ltd. Şti” şirkətinin istehsalı olan
18. Masgard (SE)
19. Roycaptan 50 WP
20. Roycel 75 SL
21. Roycoper 50 WP
22. Royfuron OD
23. Royguard 125 SC
24. Roystar 75 WG
Fiziki şəxs Hacıyev Elnur Bərzuyə oğlunun müraciətinə əsasən Türkiyə Respublikasının “Cansa Kimya Sanayi ve Ticaret Ltd. Şirketi” şirkətinin istehsalı olan
25. Nariv 25 EC
“EMA” QSC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “Hektaş Tic. T.A.Ş” şirkətinin istehsalı olan
26. Maico (SC)
27. Puzzle 20 WP
28. Sloop MZ (WP)
29. Hektaş Aktor (EC)
30. Hektaş Gredi (WG)
III. Təkrar qeydiyyata alınan pestisidlər
“Ema” QSC-nin müraciətinə əsasən Amerika Birləşmiş Ştatlarının “AgroFresh İnc.” şirkətinin istehsalı olan
31. 3 SC
“Ema” QSC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “Hektaş Tic.T.A.Ş.” şirkətinin istehsalı olan
32. Delos
33. Expert Team
34. Hektaş Heksil DS 2
35. Heckate
36. Lastpoint
37. Hektaş Tess
38. Hektaş Hidrocop 77 WP
“Fitomag-Az” MMC-nin müraciətinə əsasən Rusiya Federasiyasının “Fitomag İnter” MMC şirkətinin istehsalı olan
39. Fitomaq P
“Agro İnvestor LTD” MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “Safa Tarim Anonim şirketi” şirkətinin istehsalı olan
40. Alliset 80 WP
41. Comprador SC 350
42. Cymthane 24 E
43. Diamin 500 SL
44. Gortca FS 600
45. Kernel 50 WP
46. Kobuz 100 EC
47. Lozilex 50 WP
48. Malvin XL 035 FS
49. Milis 30 SC (Imal)
50. Nemafen EC 400
51. Platform 10 EC
52. Prim Etrex
53. Prostar WG
54. Ridonet MZ 72 WP
55. Sakozeb M 45
56. Sponsor 330 E
57. Scorpion 250 EC
58. Senkron 70 WDG
59. Tekvando 5 EC
60. Trimazine 75 WP
61. Unifruit
62. Sanspor
Fiziki şəxs Atakişiyev Əmirxəlil Məhərrəm oğlunun müraciətinə əsasən Çin Xalq Respublikasının “Evergreen Agrochemical co. LTD” şirkətinin istehsalı olan
63. Titan 350 SC
IV. Təkrar qeydiyyata alınan aqrokimyəvi maddələr
“Ema” QSC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “Genta Genel Tarim Ürünleri Pazarlama A.Ş.” şirkətinin istehsalı olan
64. Biomol
“Modern Agro” MMC-nin müraciətinə əsasən Belçika Krallığının “Lima Europe NV” şirkətinin istehsalı olan
65. Grogreen Gel Fruit NPK 18-11-59+TE
66. Grogreen Gel Starter NPK 16-69-16+TE
67. Grogreen Gel Vegetative NPK+27-27-27+5.1 MgO+TE
“Sara Qrup” QSC-nin müraciətinə əsasən Gürcüstan Respublikasının “Rustavi Azot” şirkətinin istehsalı olan
68. Ammonium sulfate
Qeyd: Cəmi 68 adda preparat.
V. Dövlət sınağının aparılması üçün göndərilən aqrokimyəvi maddələr
“Epidbiomed” MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “Xantafe Chemical Tarım San.Tic. A.Ş.” şirkətinin istehsalı olan
1. SİDERO Fe 6% (toz)
“SOYUZHİM AZ” MMC-nin müraciətinə əsasən Rusiya Federasiyasının “OOO «СоюзХим КО»” şirkətinin istehsalı olan
2. Agree’s Форсаж (maye)
3. Agree’s Фосфор (maye)
“Xram Aqro” MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “Pileryum Tarım ve Gida San. Tic. Ltd. Şti.” şirkətinin istehsalı olan
4. BALLILEX
VI. Dövlət sınağının aparılması üçün göndərilən pestisidlər
“EMA” QSC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “HEKTAŞ TİCARET TÜRK A.Ş.” şirkətinin istehsalı olan
5. Eclipso 35 WG (granula)
“AQROSERVİS” MMM-nin müraciətinə əsasən Türkiyə Respublikasının “ENTOSAV İlaçlama İnşaat Temizlik ve Hizmet İşletmeleri San. Tic. Ltd. Şti.” şirkətinin istehsalı olan
6. TUTARİPS (Emulsiya konsentratı)
7. PARSAV (Yağ bazlı suspenziya konsentratı)
8. NATURASİN (Dispersiyaya uğrayan konsentrat)
9. NANODAX (Suspenziya konsentratı)
“Buta Traidinq” MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “Astranova Tarım Tic. ve San. A.Ş” şirkətinin istehsalı olan
10. CONCID 5 EC
11. BARBELO 100 SC
12. PROYZA 72 SL
13. NOVAMİTE SC
14. TULBERT 240 SC
15. NOVIRAD 100 EC
16. SIMIRNA-X (suda həll olan konsentrat)
17. LACERTA MAXX (suspenziya konsentratı)
18. CHAMER 240 SC (Suspenziya konsentratı)
19. AGN-CAPTAN 50 WP
20. KINGAST (Suspo – Emulsiya)
“AGRO INVESTOR LTD” MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “SAFA TARIM A.Ş” şirkətinin istehsalı olan
21. FRACTION ULTRA
VII. Dövlət sınağının aparılması üçün göndərilən feromon tələlər
“Expert Agro Services” MMC-nin müraciətinə əsasən Moldova Respublikasının “Mezhtrans Moldova SRL” şirkətinin istehsalı olan
22. CYDIA PROTECT
23. LOBESIA PROTECT
24. TUTA PROTECT
Qeyd: Cəmi 24 adda preparat.
Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi üzrə Ekspert Şurası tərəfindən fiziki və hüquqi şəxslərin müraciətləri əsasında dövlət qeydiyyatına alınmaması və dövlət sınağının aparılmaması barədə qərar qəbul edilmiş preparatların
S İ Y A H I S I
I. Dövlət sınağının aparılmasına imtina verilmiş aqrokimyəvi maddələr (sənədlər toplusunda uyğunsuzluq aşkar edildiyinə görə)
"EMA" QSC-nin müraciətinə əsasən İspaniya Krallığının “Atlantic Agricola S.A.” şirkətinin istehsalı olan
1. Microcat Calcium-Boron
“Aqrokimya” MMC-nin müraciətinə əsasən Rusiya Federasiyasının “Voskresenskiye Mineralnıye Udobreniya SC” şirkətinin istehsalı olan
2. Универсал 18:18:18+3MgO+MЭ
“AQROSERVİS” MMM-nin müraciətinə əsasən Türkiyə Respublikasının “BZZ BEYAZ ZAMBAK TARIM DIŞ TİC.LTD.ŞTİ” şirkətinin istehsalı olan
3. ALMINA FORTE CALCINIT
4. AMINO A
5. CREATIVE
6. HERADOX
7. HUMUS POWER
8. LOCAL B
9. SAFİR
10. SWEET K30
11. TANDEM BENDER
12. BLACK ALG
13. MAGNESAL
14. STRONG COPPER
15. ZINCOP
“AGRO SRT” MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “5K MİNERAL GIDA VE GIDA DÜZENLEYİCİ VE DOĞAL Bes. İnş. Amb. Mat. Ltd. Şti” şirkətinin istehsalı olan
16. MULTİGREEN
II. Dövlət sınağının aparılmasına imtina verilmiş pestisidlər (sənədlər toplusunda uyğunsuzluq aşkar edildiyinə görə)
Fiziki şəxs Nəhmətov Elnurun müraciətinə əsasən Türkiyə Respublikasının “TARKİM BİTKİ KORUMA SAN VE TİC.A.Ş” şirkətinin istehsalı olan
17. ACS DELDA 2,5 EC
18. ACS İNCUBUS
19. ACS FOXDOR 18 EC
20. ACS ACETAM 20 SP
21. ACS SAYOKAN 5 EC
22. ACS GLADİO 110 SC
“Buta Traidinq” MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “ASTRANOVA TARIM TİC. VE SAN. A.Ş” şirkətinin istehsalı olan
23. DOĞER BAKIR 50 WP
24. ASTRAN SC
25. AGNUPAN 70 WP
26. DOGER AMIN
27. BİZANTİON 240 SC
28. COTMAS 35 FS
Qeyd: Cəmi 28 adda preparat.
III. Təkrar qeydiyyata alınmasına imtina verilən aqrokimyəvi maddələr (sənədlər toplusunda uyğunsuzluq aşkar edildiyinə görə)
“Ema” QSC-nin müraciətinə əsasən Meksikanın “Grubo Bioquimico mexicano S.A.DE C.V” şirkətinin istehsalı olan
1. Byzme TF
“Qarant Aqro” MMC-nin müraciətinə əsasən İspaniya Krallığının “Agroquimica Codiagro, S.L.” şirkətinin istehsalı olan
2. Aminog-Al
3. Sprintene
4. Agroxilato-K
5. Codicobre
6. Fitokontrol-K
7. Fulvigin
8. Agrowhite
9. Alcaplant New
10. Codiorgan A-50
11. Br-59
12. Sal-Wax-Ca
IV. Təkrar qeydiyyata alınmasına imtina verilmiş pestisidlər (sənədlər toplusunda uyğunsuzluq aşkar edildiyinə görə)
“Aqrokimya-Azərbaycan” MMC-nin müraciətinə əsasən Azərbaycan Respublikasının “Aqrokimya Azərbaycan” MMC şirkətinin istehsalı olan
13. Megasun 20 SP
14. Overlex 50 EC
15. Multivit SL
16. Megamix 8-64 WP
17. Selesta 15 EC
18. Legend 80 WG
19. Mustang 6 P
20. Cosmo 70 WP
21. Phonix 50 SC
22. Bluesky 150 SC
23. Marcus 250 EC
24. Galaxy 35 FS
25. Trendex 100 EC
26. Mirenca 80 WP
27. lbanez 250 EC
28. Alemana 65 EC
29. Sparkle 80 WP
30. Elision 48 SL
31. Deeproc 2 DS
32. Rotana WS
33. Melodyne 48 SL
34. Lorenzo 250 SC
35. Fiveplus WG
36. Token 50 WP
37. Ombre 240 EC
38. Tederin 4.7 OD (SC)
39. Rockstar 240 SC
40. Oxylibirum 240 EC
41. Matrix 5 SG
42. Falcon plus EW
43. Renumbra 500 SL
44. Ortega 350 SC
45. Delta Force 25 EC
46. Raptor 18 EC
47. Turbo 100 EC
48. Rockit 400 EC
49. Rhapsody 50 SL
50. Token 20 WP
51. Contra 5 WG
52. Ronin 50 EC
53. Halcyon 330 EC
54. Archer 20 WP
55. Hovermix SC
56. Capitano 5 WP
57. Ledrock 5 EC
58. Geregard 500 SC
59. Talinto 90 SP
“Modern Agro” MMC-nin müraciətinə əsasən Avstriya Respublikasının “Nufarm GmbH Co KG” şirkətinin istehsalı olan
60. Klini Xtreme
“Agro İnvestor LTD” MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “Safa Tarim Anonim şirketi” şirkətinin istehsalı olan
61. Galaxy 240 EC
62. Kilex Bordoeaux WP
V. Təkrar qeydiyyata alınmasına imtina verilmiş pestisidlər (təsiredici maddəsi qadağa siyahısına daxil edildiyinə görə)
“Agro İnvestor LTD” MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “Safa Tarim Anonim şirketi” şirkətinin istehsalı olan
63. Safacol Combi WP 76
“Ema” QSC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “Hektaş Tic.T.A.Ş.” şirkətinin istehsalı olan
64. Nospider 600 SC
VI. İlkin qeydiyyata alınmasına imtina verilmiş aqrokimyəvi maddələr
“Dost Aqro” MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “Elytra Tarım San. Ve Tic. LTD Şti.” şirkətinin istehsalı olan
65. Elytra Calnit
66. Elytra NPK 20-20-20+TE
67. Elytra NK 10-0-40+TE
68. Elytra NPK 15-30-15+TE
Qeyd: Cəmi 68 adda preparat.
Oxşar xəbərlər
Alma və armud bağlarında dəmgil xəstəliyinə qarşı mübarizə tədbirləri
Bitki sağlamlığının qorunması istiqamətində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fitosanitar müfəttişləri tərəfindən bitkiçilik təsərrüfatlarında mütəmadi monitorinqlər aparılır, təsərrüfat sahiblərinə bitki xəstəliklərinin vaxtında aşkarlanması və onlara qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi ilə bağlı maarifləndirici məlumatlar verilir. Cari mövsümdə respublikanın Şimal və Şimal-Şərq bölgələrində müşahidə olunan qeyri-sabit hava şəraiti, yağıntılı günlərin tez-tez təkrarlanması və havanın nisbi rütubətinin yüksək olması alma və armud bağlarında dəmgil xəstəliyinin inkişafı və yayılması üçün əlverişli şərait yarada bilər. Dəmgil tumlu meyvə bitkilərində, xüsusilə alma və armudda geniş yayılmış göbələk mənşəli xəstəliklərdən biridir. Xəstəlik əsasən bitkinin yarpaqlarını, zoğlarını və meyvələrini zədələyir. Yarpaqların səthində əvvəlcə zeytuni-qonur, sonradan isə daha tünd rəng alan ləkələr əmələ gəlir. Güclü sirayətlənmə zamanı yarpaqlar quruyaraq vaxtından əvvəl tökülə bilər. Bu isə fotosintez prosesinin zəifləməsinə və məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Yoluxmuş meyvələrin səthində tünd rəngli, aydın seçilən ləkələr yaranır. Meyvələr inkişafın erkən mərhələsində zədələndikdə ləkələrin altında mantarlaşmış toxuma əmələ gəlir, nəticədə meyvələrin normal inkişafı pozulur, forması dəyişir və zədələnmiş hissələrdə çatlar yaranır. Yetişməyə yaxın dövrdə yoluxmuş meyvələrdə isə ləkələr əmələ gəlsə də, deformasiya və çatlama daha az müşahidə oluna bilər. Dəmgil xəstəliyi məhsulun xarici görünüşünü və əmtəəlik keyfiyyətini aşağı salır, meyvələrin saxlanma qabiliyyətinə mənfi təsir göstərərək məhsul itkilərinin artmasına səbəb ola bilər. Xəstəliyin inkubasiya müddəti ətraf mühit şəraitindən, temperaturdan və yarpaqların nəm qalma müddətindən asılı olaraq dəyişir və əlverişli şəraitdə təxminən 8–21 gün davam edə bilər. Yüksək nisbi rütubət və yağıntılı hava şəraiti göbələyin inkişafı və xəstəliyin yayılması üçün əlverişli şərait yaradır. Xəstəliyin əsas ilkin infeksiya mənbələrindən biri torpağa tökülmüş yoluxmuş yarpaqlardır. Yaz aylarında həmin yarpaqlarda formalaşan sporlar külək və yağıntılar vasitəsilə yayılaraq yeni yarpaqları və meyvələri yoluxdura bilər. Yağıntılı hava şəraiti davam etdikdə vegetasiya dövrü ərzində təkrar yoluxma riski də artır. Dəmgil xəstəliyinin yayılmasının qarşısını almaq və məhsul itkilərini azaltmaq üçün aqrotexniki, sanitariya və kimyəvi mübarizə tədbirləri kompleks şəkildə həyata keçirilməlidir: • Sanitariya tədbirləri: Vegetasiyanın sonunda yerə tökülmüş yoluxmuş yarpaqlar və meyvələr bağdan yığılmalı, qüvvədə olan fitosanitar və ekoloji tələblərə uyğun qaydada məhv edilməli və ya zərərsizləşdirilməlidir. Bu tədbirlər növbəti vegetasiya dövründə ilkin infeksiya mənbələrinin azalmasına kömək edir. • Budama və çətirin seyrəldilməsi: Ağacların vaxtında budanması, sıxlaşmış budaqların seyrəldilməsi və çətirdaxili havalanmanın yaxşılaşdırılması təmin edilməlidir. Bu, yarpaqların uzun müddət nəm qalmasının qarşısını almağa və xəstəliyin inkişaf riskini azaltmağa kömək edir. • Aqrotexniki qulluq: Cərgəaraları və torpaq müvafiq qaydada becərilməli, ağacların düzgün formalaşdırılması və bağın fitosanitar vəziyyətinə müntəzəm nəzarət təmin edilməlidir. • Monitorinq: Xüsusilə yaz aylarında, tumurcuqların açılması və çiçəkləmə dövründə ağaclar mütəmadi yoxlanılmalı, xəstəliyin ilkin əlamətləri vaxtında müəyyən edilməli, hava şəraiti və yoluxma riski nəzərə alınmalıdır. • Kimyəvi mübarizə: Alma və armud bağlarında dəmgil xəstəliyinə qarşı Bordo məhlulundan və digər fungisidlərdən istifadə edilə bilər. Bordo məhlulu mis sulfat və əhəng əsasında hazırlanan təmas təsirli vasitədir. Onun tətbiqi bitkinin inkişaf mərhələsi və preparatın istifadə təlimatı nəzərə alınmaqla həyata keçirilməlidir. Funqisid preparatlarının tətbiq norması, çiləmələrin sayı və müddəti yalnız təsdiq edilmiş etiket məlumatlarına əsasən müəyyən edilməlidir. Yağıntılı və yüksək rütubətli dövrlərdə xəstəliyin yayılma riski nəzərə alınmalı, mübarizə tədbirləri vaxtında aparılmalıdır. Dəmgil xəstəliyinə qarşı aqrotexniki, sanitariya və kimyəvi mübarizə tədbirlərinin vaxtında və düzgün həyata keçirilməsi xəstəliyin yayılma riskini azaltmağa, bitkilərin sağlamlığını qorumağa, itkilərin qarşısını almağa və keyfiyyətli məhsul əldə etməyə imkan verir.
Qəhvəyi mərmər bağacığına qarşı mübarizədə vətəndaşların iştirakı mühüm əhəmiyyət daşıyır
Havaların soyuması ilə əlaqədar qəhvəyi mərmər bağacığının qışlama dövrü başlayır. Bu dövrdə zərərvericinin yetkin fərdləri əlverişli sığınacaq axtararaq yaşayış evlərinə, çardaqlara, anbarlara və digər köməkçi tikililərə üz tuturlar. 300-dən çox bitki növü ilə qidalanan qəhvəyi mərmər bağacığı kənd təsərrüfatı üçün ciddi təhlükə yaradaraq məhsuldarlığın azalmasına və məhsulun keyfiyyətinin pisləşməsinə səbəb olur. Payız-qış mövsümü zərərvericiyə qarşı profilaktik mübarizə tədbirlərinin həyata keçirilməsi baxımından mühüm dövrdür. Belə ki, qəhvəyi mərmər bağacığı qışlamaq üçün qapı-pəncərə boşluqlarında, divar çatlarında, odun və taxta yığınlarında, eləcə də köhnə paltar, pərdə və karton qutular arasında gizlənir. Bu cür sığınacaqlar zərərvericinin soyuq mövsümdə sağ qalmasına və yaz aylarında yenidən aktivləşməsinə şərait yaradır. Zərərvericinin qışlama imkanlarının məhdudlaşdırılması üçün vətəndaşların profilaktik tədbirlərdə fəal iştirakı vacibdir. Bu məqsədlə yaşayış evlərində, çardaqlarda, anbarlarda və digər köməkçi tikililərdə mütəmadi təmizlik işləri aparılmalı, qapı-pəncərə boşluqları və divarlardakı çatlar bağlanmalı, pəncərələrə qoruyucu torlar quraşdırılmalıdır. Eyni zamanda, əşyaların arxa hissələri, qaranlıq guşələr və uzun müddət istifadə olunmayan sahələr diqqətlə yoxlanılmalıdır. Qəhvəyi mərmər bağacığı aşkar edildikdə onun süpürgə və ya tozsoran vasitəsilə toplanaraq məhv edilməsi tövsiyə olunur. Xüsusilə qışlama yerlərində toplanmış zərərvericilərin mexaniki üsulla məhv edilməsi onların növbəti vegetasiya dövründə sayının azaldılmasına kömək edə bilər. Yaşayış sahələrində kimyəvi mübarizə tədbirləri isə yalnız mütəxəssis tövsiyəsi əsasında və təhlükəsizlik qaydalarına riayət edilməklə həyata keçirilməlidir. Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat almaq üçün: "1003 Çağrı Mərkəzi"nə müraciət edə; +994 77 597 68 63 (Şimal-şərq rayonları üzrə) +994 77 597 68 64 (Şimal-qərb rayonları üzrə) Regional Əlaqələndirmə Mərkəzlərinin “Qaynar xətt”i ilə əlaqə saxlaya bilərsiniz. Unutmayaq ki, qəhvəyi mərmər bağacığına qarşı mübarizə yalnız kənd təsərrüfatı sahələrində deyil, yaşayış və təsərrüfat tikililərində də aparılmalıdır. Vətəndaşların bu prosesdə fəal iştirakı, profilaktik tədbirlərin vaxtında və mütəmadi həyata keçirilməsi zərərvericinin qışlama imkanlarının məhdudlaşdırılmasına, populyasiyasının azalmasına və növbəti vegetasiya dövründə kənd təsərrüfatı bitkilərinin qorunmasına mühüm töhfə verə bilər.
Mil-Muğan regionunda pambıq sahələrində monitorinqlər keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Mil-Muğan regional bölməsinin fitosanitar müfəttişləri İmişli rayonunun Aranlı, Məmmədli və Bəcirəvan, Sabirabad rayonunun Əhmədabad, Xəlfəli və Şəhriyar, Beyləqan rayonunun Kəbirli, Təzəkənd, Şahsevən və Bolsulu kəndlərində yerləşən pambıq əkini sahələrində monitorinqlər keçirib. Monitorinqlər zamanı pambıq sahələrində zərərli orqanizmlərə və karantin tətbiq edilən alaq otlarına qarşı aparılan kimyəvi mübarizə tədbirlərinin vəziyyətinə baxış keçirilib. Tədbirlər çərçivəsində bitki mühafizə vasitələrinin təhlükəsiz və düzgün tətbiqi, aqrokimyəvi maddələrdən istifadə zamanı müəyyən edilmiş tələblər və aqrotexniki qaydalar ətraflı izah edilib. Bitki sağlamlığının qorunması və zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin səmərəli təşkili ilə bağlı təsərrüfat sahiblərinə tövsiyələr verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Giriş