Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2023-cü ilin iyul ayı üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli 20 iyul saat 11:00-da Gədəbəy Rayon Heydər Əliyev Mərkəzində Gədəbəy və Şəmkir rayonlarından olan vətəndaşları qəbul edəcək.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərinin təsdiqi prosesi davam edir.
3-4 iyul tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Tovuz rayonunda bir sıra nöqsanlar aşkar olunub.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad statusun alınması məqsədilə xüsusi epizootiya əleyhinə tədbirlərin yerinə yetirilməsi üçün vəhşi gövşəyən heyvanların rast gəlindiyi yaşayış arealları üzrə epizootoloji monitorinqlərə start verib.
3 iyul tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 5 ticarət müəssisəsi, 2 aptek və 4 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 8 müəssisədə nöqsanlar müəyyən olunub.
Tədbirlər çərçivəsində Agentlik əməkdaşları tərəfindən Qobustan rayonu, Cəngi kəndində fəaliyyət göstərən fiziki şəxs Eyyubov Mürşüd Səlim oğluna məxsus “Səbuhi” kafesində keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub.
Nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, S. Əhmədov küçəsi, ev 5D ünvanında fəaliyyət göstərən fiziki şəxs Əsədov Asim Ehtiram oğluna məxsus çörək istehsalı müəssisəsində aparılmış plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.
Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri insanların həyat və sağlamlığının, habelə istehlakçıların hüquqlarının qorunması üçün qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən hallar barədə məlumatların vahid mənbədə toplanması, emalı, axtarışı, təhlili, ötürülməsi və istifadəçilərin məlumatlandırılması məqsədilə aparılır.
24-25 iyun tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 4 ticarət müəssisəsi, o cümlədən 1 aptek və 8 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 7 müəssisədə nöqsanlar müəyyən olunub.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Giriş