Pomidor istehsalı təsərrüfatlarında monitorinqlər keçirilib
19 Yanvar 2023 10:17
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən zərərli orqanizmlərin ölkə ərazisində vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə mövsümə uyğun olaraq istixanalarda fitosanitar monitorinqlər aparılıb.
Agentliyin Qazax-Tovuz regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən Şəmkir rayonu ərazisində yerləşən pomidor istehsalı təsərrüfatlarında aparılmış monitorinqlər zamanı simptomlu bitki hissələrindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində hər hansı uyğunsuzluq halı müəyyən edilməyib.
Monitorinq zamanı təsərrüfat sahiblərinə, o cümlədən təsərrüfatda çalışan işçilərə pomidorun əsas xəstəlik və zərərvericiləri haqqında məlumat verilib, “İstixanalarda zərərli orqanizmlərin idarə olunmasına dair Təlimat”da göstərilən tədbirlərin praktikada tətbiqi və pestisidlərlə işləyən zaman təhlükəsizlik qaydalarına əməl olunması ilə əlaqədar müvafiq istiqamət verilib.
Oxşar xəbərlər
İsmayıllı rayonunda yerləşən alça bağında karantin tətbiq edilən qonur monilioz çürümə xəstəliyi aşkarlanıb
“Milli Monitorinq Planı”na uyğun olaraq ölkə ərazisində fitosanitar vəziyyətin müəyyənləşdirilməsi məqsədilə tumlu-çəyirdəkli meyvə bağlarında geniş miqyaslı monitorinqlər həyata keçirilir.
Ağstafada istifadəyə yararsız və qadağan olunmuş pestisidlərin xüsusi poliqonda zərərsizləşdirilməsi məqsədilə daşınması təmin olunub
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti dövlət qurumlarının və beynəlxalq ekspertlərin iştirakı ilə respublika ərazisində istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərlə çirklənmiş ərazilərin mövcud vəziyyətinin ilkin qiymətləndirilməsi aparılmışdır.
Qonur monilioz çürümə xəstəliyinə qarşı mübarizə tədbirləri
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələrinin Bitki sağlamlığı və fitosanitar nəzarəti sektorunun əməkdaşları tərəfindən 2024-cü il üzrə “Milli Monitorinq Planı” çərçivəsində həyata keçirdikləri monitorinqlər zamanı tumlu-çəyirdəkli meyvə bağlarından götürülən nümunələrdə karantin tətbiq edilən Qonur monilioz çürümə xəstəliyinin aşkarlanma hallarına rast gəlinmişdir.